QADINLAR haqqında Bilmədiyiniz Maraqlı Faktlar

loading...

QADINLAR haqqında Bilmədiyiniz Maraqlı Faktlar

 Aile.fenomen.az saytı həm qadınların, eləcə də kişilərin diqqətini cəlb edəcək məlumat paylaşır.

 

Hər qadın – sehirli bir qutu kimidir.Onların sirrlərini, görünməyən tərəflərini aşkara çıxarmaq bir qədər çətin olsa da, qeyri – mümkün deyil.

 

Alimləri bu yolda elmi araşdırma və tədqiqatları bizə köməyə gəlir.Onlar qadın fiziologiyası və psixologiyasını hər daim araşdırmaqla bizə bu yöndə böyük yarım göstərmiş olurlar.

Hətta sizinlə bölüşməliyik ki, belə araşdırmaların nəticələri çox zaman şok effekti yaradır.

 

Möhkəm immunitet

 

Qadınları zəif adlandırmaq böyük səhvdir.Çünki, sübut olunub ki, onların immuniteti kişilərin immunitetindən daha möhkəmdir.

Qent Universitetinin alimlərinin sözlərinə görə, iki X xromosomu o deməkdir ki, qadınlarda mikro RNK daha çoxdur, bu da immun sistemini möhkəmləndirir və xərçəng riskini azaldır.

 

Qadın beyni

 

Alim Bert Pakkenberq sübut edib ki, kişi beynində qəfəslərin sayı 4 milyon daha çoxdur, lakin test nəticələrinə görə, qadınlar kişilərdən 3 % daha yaxşı nəticə göstərirlər.

Həmçinin bir nüans da var ki, qadınlar bir çox hallarda kişilərdən daha məhsuldar və çevik olurlar.Məsələn, kişi adi bir iş görüb saatlarla onun üzərində dayandığı müddətdə, qadın artıq demək olar ki, bütün işlərini görəcək ( evləri təmizləyəcək, yemək bişirəcək, uşaqlarına baxacaq, paltar yuyacaq, ütüləyəcək və s. )

 

Qadın cazibəsi

 

Cazibədarlıq və gözəllik mövzusunda əlbəttə ki, qadınların tayı – bərabəri yoxdur.Həmçinin qadın hissiyyatı və burnu da müqayisə olunmaz keyfiyyətləridir.Qadın hər qoxunu, hətta feromonların qoxusunu tez duya bilir.Bundan da başqa, qadın beyni qarşısındakı əks cinsin nümayəndəsinin qoxunu "oxuyaraq” , onun immunitetinin nə dərəcədə möhkəm olduğunu ayırd etməyi bacarır.

 

Qadın ürəyi və reseptorları

 

Qadın ürəyi kişi ürəyindən daha tez atır.Qadın dilində həmçinin dad reseptorları daha çoxdur.Ağrıya qarşı həssaslıq da  qadınlarda daha çoxdur.

 

Qadın həssaslığı

 

Qadın dərisi kişilərə nisbətən 10 dəfə daha həssasdır.İngilis alimlərinin araşdırmasına görə hətta ən həssas olmayan qadın ən həssas kişidən daha duyğulu və həssasdır.

 

 

loading...
Oxşar xəbərlər