BEYNİNİZİ Daha Artıq İşlədəcək 5 TAKTİKA
Aile.fenomen.az saytı maraqlı psixoloji məlumatlar paylaşmağa davam edir.
Yenilənməyən beyin hüceyrələrini inkişaf etdirmək, beyninizi normalda olduğundan daha artıq işlədə bilmək üçün əslində bir neçə taktik yolları bilmək kifayətdir.
Beləliklə, mütəxəssis və psixoloq fikirlərini sizinlə də bölüşürük :
Tərs əl hərəkəti taktikası
Sağ əlinizin yerinə bir az da sol əlinizdən istifadə etməyə çalışın.Məsələn, saçlarınızı sol əlinizlə darayın, qələmi sol əlinizlə tutmağa çalışın və s.
Bunun nəticəsində beyniniz sanki bir rejim olaraq hər dəfə etdiklərini deyil, yeni şeylər etməyə çalışaraq, digər yarımkürəsi də daha çox işləməyə çalışacaqdır.
Uşaq oyunu taktikası
İşə yaxud alış – verişə gedərkən bəzən uşaqlıq edin.Ətrafınızda gördüyünüz hər şeyə baxın, toxunun, qoxlayın, dinləyin və s.Bu hərəkətləri etdiyiniz zaman bütün beyin və duyğu sisteminiz oyanacaq və yeni şeylər kəşf edəcək.Duyğu orqanlarınızı nə qədər çox oyatsanız və onlardan istifadə etsəniz, hafizə və yaddaşınızda bir o qədər canlı qalar.
Hərf taktikası
Əlinizə bir qəzet və bir fosforlu qələm ( parlaq qəngli qələm ) alın.Sıra ilə paraqrafları oxuyun və cüt yazılmış hərflərin üzərini qeyd edin.Bunun nəticəsində fikrinizi cəmləyə bilmə bacarığınız inkişaf edəcək, bu da zehninizi canlandırmasına yardım edir.
Sorğu taktikası
"Dünən axşam filan saatda harda idim, nə edirdim, nə yedim, daha sonra nə etdim ?” şəkildə hər gün özünüzə sorğu – sual edin və təbii ki, hər birini cavablandırın.Bu taktika nəticəsində etdiyiniz hərəkətlərə qarşı xüsusi diqqət bacarığınız inkişaf edəcək.
Yeriş taktikası
Əsgər yerişi ilə gəzin.Sol ayağınızı hər qaldırdığınız anda, öncə sağ əlinizlə, sonra sol əlinizlə dizinizə toxunun.Bu çarpaz hərəkətlərlə beyninizin hər iki tərəfini inkişaf etdirə bilərsiniz.