Hamiləlik Zamanı Sinə Ağrıları Nədir, Səbəbləri və Təbii Ağrının Qarşısını Alma Yolları
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamiləlik zamanı sinə ağrılarının səbəbi müxtəlif mənşəli ola bilər.Bu səbəblərin əksəriyyəti hormonal dəyişiklərlə bağlıdır və təhlükəli hesab olunmamaqdadır.Lakin, qeyd etmək lazımdır ki, hamilə qadının sinəsində hiss etdiyi ağrı baş verə biləcək təhlükənin də xəbərçisi ola bilər.Hamilə qadınların döşlərində ağrılar hamiləliyin 4 - 5 - ci həftəsində başlayıb hamiləliyin sonlarına kimi davam edə bilər.
Hamiləlikdə sinə ağrısının səbəbləri nələr ola bilər ?
Həzm fəaliyyətinin pozulması
Hamiləlik dövründə böyüyən bətn mədəyə nüfuz edərək ağırlıq gətirər.Normal haldır ki, hamiləlikdə bu səbəblə həzm sisteminin fəaliyyətində pozulmalar, mədə turşuması, qəbizlik və qaz kimi bir sıra narahatlıqlar meydana çıxır ki, bun səbəblərin də hər biri sinə ağrılarına yol aça bilər.
Anemiya ( qanın aşağı olması )
Hamiləlik zamanı dəmir və bir sıra bunun kimi qan mənbəyi olan maddə və vitaminlərə ehtiyac hissi yüksəlir və belə vitaminlərə olan tələbat orqanizm tərəfindən ödənilmədiyi zaman qanın aşağı düşməsi kimi hallar yaşanır.Anemiya qan hüceyrələrinə oksigenin daha az getməsidir.Qan aşağı olduğu zaman isə orqanizm ananın və dölün oksigen tələbatını çatdıra bilmək üçün bütün yükü ürəyə verir.Bu zaman da ürək döyünmələrində problem və sinədə ağrılar yaranmağa başlayır.
Sinənin ölçülərində baş verən dəyişiklik
Normal olaraq hamiləlik dövründə ananın sinəsi böyüməyə başlayır.Bu zaman da sinə divarları və sinə əzələləri də ağrımağa başlayır.
Sinə ağrısından qurtulmaq üçün nə etmək olar?
Sinənin ağrıyan bölgəsinə isti bir şey tutaraq ağrını azaltmaq mümkündür.
Əgər isti bir şey ağrıya kömək etməzsə, bunun tam əksi olaraq, buz götürüb onu bir dəsmala bükərək sinənizin ağrıyan nahiyəsinə qoyun.
Yemək yedikdən sonra qətiyyən uzanmayın
Gün ərzində tez - tez, lakin az porsiyalarla yeməyə diqqət edin.
Stress, həyəcan, qorxu və s. bu kimi hallardan çəkinin.
Nar şirəsi içməklə ağrını azaltmaq və ondan qurtulmaq mümkündür.