Klimaks Dövründə Qadınlar Bunları YEMƏMƏLİDİR!

loading...

Klimaks Dövründə Qadınlar Bunları YEMƏMƏLİDİR!

 

Aile.fenomen.az saytı məlumat verir ki, Doğuş qabiliyyətinin itdiyi 48 - 55 yaş arası dövrə "Menopoz" adı verirlər.Menopozun mənası isə " Son adət " dir.


Bir qadına menopozda olduğunun deyilə bilməsi üçün son adətin üzərindən 1 il keçməsi lazımdır.

Yaxşı olar ki, menopoz dövründə qadınlar bir sıra məhsulları öz qida rasionlarından çıxarsınlar.
Məlumdur ki, menopoz dövründə qadın orqanizmində qadın cinsi hormonlarının sayı azalır və bunun da nəticəsində orqanizmində müəyyən dəyişikliklər baş verir.Belə dövrdə qadınlar aşağıdakı əlamətlərdən əziyyət çəkirlər :

- üz və boyun ahiyəsinə istinin basması ;
- yuxusuzluq və yaxud yuxunun yarımçıq çəkilməsi ;
- həddində artıq yüksək qıcıqlanmalar ;
- əhval - ruhiyyənin tez - tez dəyişməsi ;
- tərləmənin artması ;
- çəkinin artması ;
- miqren və baş ağrılarının yaranması ;
- halsızlıq və xroniki yorğunluq.
Belə bir həssas və narahat bir dövrdə tibb işçiləri aşağıdakı məhsulları qida rasionundan çıxarmağı məsləhət görürlər :
- şəkər və tərkibində şəkər olan istənilən növ təamlar ;
- kalorili və yağlı məhsullar ;
- qəhvə və tərkibində kofein olan istənilən növ içkilər ;
- duz və duzlu qidalar ;
- spirtli içkilər .

Yuxarıda sadalanan bu məsləhətlərə əməl etməklə qadınlar menopoz dövrlərini daha rahat keçirə bilərlər.
 

loading...
Oxşar xəbərlər