İsti Havada BUNLARI YEMƏK OLMAZ!SİYAHI..

loading...

İsti Havada BUNLARI YEMƏK OLMAZ!SİYAHI..ə

Aile.fenomen.az saytı məlumat verir ki, Bir sıra qida məhsulları vardır ki, əslində sağlamlıq üçün faydalı və xeyirli hesab olunsa da, isti havada onları yemək tövsiyə edilmir.Bu nəticəyə tibb işçiləri uzun sürən araşdırmalardan sonra gəliblər.

Yüksək temperatur nəticəsində içərisində yüksək miqdarda maye, zülal və karbohidrat olan qida məhsullarının tərkibindəki mikroorqanizmlər sürətlə artmağa başlayır.Mütəxəssislər bildirirlər ki, belə bir tərkibdə olan qidanın qəbulu nəticəsində istənilə insan orqanizmində qida zəhərləməsi və bir sıra infeksion xəstəliklər baş qaldıra bilər.

İsti havalarda ən böyük təhlükə saçan məhsullardan biri küçələrdə satılan ayaqüstü yeyilən yeməklərdir.Çünki belə bir şəraitdə satılan yeməklər demək olar ki, heç biri sanitar - gigiyenik şəraitdə hazırlanmır.

Təhlükəli qida məhsullarıdan daha biri də bişmələr, şiriyyatlardır, xüsusilə də içlikli növləri.Çünki, məsələn, isti havada hər hansısa bir bişmənin içərisinə düşən ət yaxud da kəsmiyin tərkibində olan bakteriyalar daha sürətlə artır.Krem mənşəli içliklər də təhlükəlilik payını saxlamaqdadır.

Kolbasa, paştet, sosis və hazır salatların çox təhlükəli olduğunu qeyd etmək lazımdır.Belə məhsulların saxlanma müddətinə də xüsusi diqqət yetirmək lazımdır.

Alimlər israrla təkid edirlər ki, yapon mətbəxinə məxsus yeməklər, xüsusilə də çiy balıqla hazırlanmış qidalar isti mövsümdə maksimum təhlükə saçan təamlardandır.
 

loading...
Oxşar xəbərlər