2, 3, 4 Həftəlik Hamiləlik ƏLAMƏTLƏRİ

loading...

2, 3, 4 Həftəlik Hamiləlik ƏLAMƏTLƏRİ

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Bildiyimiz kimi hamiləlik təxminən 40 həftə davam edən bir prosesdir.Bu zaman kəsiyində həm ana, həm də körpə müxtəlif hallar yaşayır və proseslərdən keçir.Hamiləliyin ilk ayı olduqca önəmlidir.Çünki, bu ayda ana və ətrafdakılar dünyaya yeni bir fərdin gələcəyini öyrənirlər.Çox bəlli olunmasa da, ana artıq birinci aydan etibarən özündə dəyişikliklər hiss etməyə başlayır.

Hamiləlik - kişi spermasının qadın yumurtası ilə birləşdiyi zaman başlayır.

Hamiləliyin birinci ayında hansı əlamətlər hiss olunur?

Məlumdur ki, hamiləlik dövründə ana orqanizmində müxtəlif hormonal dəyişikliklər baş verir.Bu dəyişikliklər nəticəsində də sözsüz ki, hamilə qadın bir sıra narahatlıqlar hiss edə bilər.Əsas əlamətlər baş gicəllənməsi, nəfəs ala bilməmə və ürək bulanmadır.Bir sıra digər əlamətlər isə aşağıdakılardır :

- menstruasiyada gecikmə ;
- yorğunluq hissi ;
- ürəkbulanma ;
- tez - tez sidiyə çıxma ;
- sinənin həssaslaşması, şişməsi və ağrıması ;
- beldə ağrı yaxud tutulmalar ;
- hər hansı bir yeməkdən iyrənmə yaxud da könlünə hər hansı bir şeyin düşməsi ;
- baş ağrısı ;
- qəbizlik yaxud ishal ;
- əhval - ruhiyyənin dəyişkən olması.
 

loading...
Oxşar xəbərlər