Hamiləlik Zamanı Gərginlik

loading...

Hamiləlik Zamanı Gərginlik

 

Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı maraqlı məlumatlar paylaşmağa davam edir.

Hamiləlik dövrü – hər bir qadının həyatının ən gözəl dövrüdür. Bu dövrdə qadınlarda müxtəlif hal və əhvallar ola bilir, məsələn, əsəbilik, ağlamağa meyillilik, pis əhval – ruhiyyədə olmaq və s.

Hamiləlik zamanı gərginlik və qıcıqlanma nədir və onun yaranma səbəbləri hansılardır ?

Psixoloq və tibb işçiləri bu prosesi bir sıra səbəblərlə izah edirlər :

Orqanizmdə baş verən hormonal dəyişikliklər – bunu xüsusən ilk 3 ayda hiss etmək mümkündür.Hamiləliyin ilk aylarında qadınlar əsəbi, ağlağan və emosional olurlar.

Böyük fiziki gərginlik – bu hal xüsusilə də hətta hamiləliyin son aylarına kimi işə getməyə məcbur olan qadınlara aid olunur.Bütün bunlardan da başqa, ev işləri,paltar yumaq və üttləmək aiddir.Bunlardan sonra qadın axı necə əsəbi və gərgin olmasın ?!

Kapriz göstərmək – bəzi xanımlar hamiləliyi dövründə özünü dünyanın məzrkəzi hiss edir.O hər zaman narazı qalmaq üçün səbəblər axtarır,bəhanələr yaradır.Gah yaxınları ona lazımi qədər diqqət etməməsindən şikayətlənir, gah yediyini və içdiyini bəyənmir və s. bu kimi süni problemlər yaradır.

loading...
Oxşar xəbərlər