Kolposkopiya Nədir?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Kolposkopiya uşaqlıq boynunun və uşaqlıq yolunun yaxından müayinə üsuludur.Kolposkopiya kolposkop adlı alətin köməyilə həyata keçirilir.Kolposkop uşaqlıq yolunun görüntüsünü böyüdür, bununla da həkim müayinəni daha rahat və dəqiq edə bilir.
Müayinə ginekoloji kresloda aparılır.Uşaqlığın rahat izlənilməsi üçün vaginaya ginekoloji güzgü yerləşdirilir.Həkim tərəfindən duzlu su ilə vaginadakı axıntılar silindikdən sonra xüsusi bir maye ilə uşaqlıq ağzı isladılır.Əgər daxildə şübhə yaradacaq toxuma yaxud da hüceyrə varsa, o çəkilən mayenin təsiri ilə ağ rəngə çevrilir.
Beləliklə, həkim şübhələndiyi bölgələri daha dərindən müayinə edir, lazım gələrsə də həmin nahiyələrdən biopsi (hissə) götürür.Alınan biopsi isə lazımi həkimlər tərəfindən araşdırılır.
Kolposkopiya adətən təxminən 20 - 30 dəqiqə davam edir.
Kolposkopiya menstruasiyanın ( aybaşının ) istənilən günləri edilə bilər.Menstruasiya zamanı isə müayinə etmək vəziyyətlə əlaqədar bir qədər çətin olur.Yaxşı olar ki, aybaşı bitdikdən sonra müayinə baş versin.
Kolposkopiya qadın orqanizmində hüceyrə dəyişikliklərinin səbəbini dərindən öyrənmək üçün həyata keçirilir.
Bu müayinə üsulunun müasir dövrdə xüsusi faydası ondan ibarətdir ki, onun sayəsində uşaqlıq yolu xərçənginin ilk səviyyədə olduğu zamanı belə müəyyən etmək mümkün olur.
Kolposkopiya müayinəsinə getməyə hazırlaşanlar isə :
Həkimə getməzdən öncə 24 saat ərzində duş qəbul etməməli ;
Vaginal dərman və tamponlardan istifadə etməməli;
Cinsi əlaqədə olmamalıdırlar.
loading...