Hamiləlik Zamanı Öskürək Körpəyə Ziyanlıdırmı?

loading...

Hamiləlik Zamanı Öskürək Körpəyə Ziyanlıdırmı?

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bir çox hamilə qadınları narahat edən bu sualın cavabını yubatmadan verək : xeyr ! Hamiləlik dövründə ananın öskürməsinin körpəyə heç bir ziyanı yoxdur.
Xoşbəxtlikdən öskürdüyü zaman hamilə qadınların qarınlarında hiss etdikləri sarsıntı və gərginlik körpəyə ziyan vurmur.Lakin, qeyd etmək lazımdır ki, hamiləlik dövründə yaranan öskürək həyatın digər anlarında baş qaldıran öskürəkdən daha çətin sağalır.Səbəbi isə qəbul edilən dərmanların bu həssas dönəmdə məhdud formada olmasıdır.Hamiləlik dövründə istifadə ediləcək hər bir dərman mütləq həkim nəzarəti altında olmalıdır.

Öskürəyin səbəbləri nələrdir?

Öskürəyin yaranmasının əsl səbəbi boğazda baş verən müxtəlif dəyişikliklərdir.Qury öskürəyi yaradan bir sıra səbəblər var : soyuqdəymə, allergiya, astma, təzyiq və s.Əsl səbəbin nə olduğunu anlamaqla öskürəkdən daha tez azad olmaq mümkündür. 

Təbii vasitələrlə öskürəkdən necə qurtulmaq olar?

Bol miqdarda su və maye qəbul etmək lazımdır.Gün ərzində ən azı 8 stəkan su içmək lazımdır.Əlbəttə ki, su yaxud içilən hər hansı bir mayenin nə çox isti, nə də çox soyuq olmamasına diqqət etmək lazımdır.Balla qarışdırılmış ilıq süd içmək də boğazın yumşalması üçün olduqca təsirlidir. 

Xüsusilə hamiləlik dövründə sağlam qidalanmaya diqqət yetirmək lazımdır.Gündəlik qida rasionundan protein, vitamin və mineralları əksik olunmamalıdır.Bundan başqa, C vitamini olan bütün məhsullardan da bol şəkildə istifadə etmək lazımdır.Belə olduğu halda qrip və soyuqdəymə kimi xəstəliklərdən qorunma şansı artmış olur.
 

loading...
Oxşar xəbərlər