Arıqlamaq Üçün Çox Dəyərli Reseptlər
Aile.fenomen.az saytı həm xanımların, həm də bəylərin diqqətini çəkəcək məlumat paylaşır.
Bildiyimiz kimi insan orqanizmində arıqlama prosesinin başlanması üçün bədəndə metobolizm funksiyası aktiv surətdə çalışmalıdır.İndi orqanizminizdə bu prosesin sürətlənməsinə xeyli kömək edəcək reseptlərlə sizi də tanış edəcəyik.
Beləliklə, reseptlərimizi sizə təqdim edirik :
RESEPT 1. Hazırlanması və qəbul edilməsi
1 ədəd almanı nazik dilimlərə kəsin, 300 ml su əlavə edin və 1 çay qaşığı üyüdülmüş darçın əlavə edin.Sərin yerdə saxlayın və dəmlənməyə qoyun.Yatmazdan əvvəl için.Belə dəmləmələr orqanizminizdə metobolizmanın sürətinin yüksəlməsinə, bədəndən artıq ziyanlı maddələrin ifraz olunmasına və yağların sürətli şəkildə "yanmasına” yardım edir.
RESEPT 2. Metobolizm prosesini sürətləndirəcək və mədə bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır.
1 stəkan kefirə 1 çay qaşığı üyüdülmüş darçın, yarım çay qaşığı üyüdülmüş zəncəfil kökü əlavə edin və yaxşıca qarışdırın.Gün ərzində 2 dəfə, səhər və axşam qəbul edin.
RESEPT 3. Metobolizmi yüksəldir və bədəni möhkəmləndirir.
300 ml təbii yaşıl çaya 1 çay qaşığı darşın əlavə edin.Bir qədər soyuduqdan sonra 1 çay qaşığı bal əlavə edin.Nahar və şam yeməyinə yarım saat qalmış qəbul edin.