Yüksək Qan Təzyiqi Olanlar Üçün Əla ÜSUL
Arterial qan təzyiqinizi ən azı bir neçə il müddətlik normaya sala bilərsiniz.Bunun çıxış yolu xalq təbabəti yolu ilə əldə edilmiş bir reseptdir.Onu da nəzərinizə çatdıraq ki, bu müalicəvi çox təsirli üsul sizə pulsuz başa gələcək.
Beləliklə, reseptimiz haqqında məlumat verməyə başlayaq.
Hazırlayacağımız dəmləmənin tərkibinə daxildir:
5 xörək qaşığı şam ağacının tikanı( qozanın ətrafənda olan tikanlar), 2 xörək qaşığı itburnu bitkisi və 2 xörək qaşığı soğan qabığı götürün.Bütün adı çəkilən məhsullara1 litr su əlavə edin, qaynadın.Qaynadıqdan sonra kiçik ocaqda qapağını örtərək 10 dəqiqə bişirin.Belə vəziyyətdə bir qədər dəm alması üçün saxlayın.Bir az su da əlavə etmək olar.Bütün bu dəmləməni 2 günə içmək lazımdır.Belə müalicə kursu təxminən 4 ay davam etməlidir.
Bu dəmləməni qəbul etdikdən sonra vəziyyətinizdə yaxşılaşmanı dərhal hiss edəcəksiniz.Artıq 5 gün sonra baş ağrılarınız itəcək, təxminən 1 ay sonra isə hipertoniya əleyhinə qəbul etdiyiniz həblərdən imtina edə bilərsiniz.
Həmçinin də artıq elə təbii müalicənin ilk günlərində mədə - bağırsaq traktınızda xeyli yaxşılaşma və yüngüllük hiss edəcəksiniz.
Müalicə sidikqovucu təsirə malikdir.
Damaqlarında qanaması olan şəxslərdə də verilən reseptdən istifadə edib problemi həll edə bilərlər.