Ənənəvi Olmayan, lakin SONSUZLUQ Əleyhinə Çox Təsirli olan Xalq Təbabəti Üsulları

loading...

Ənənəvi Olmayan, lakin SONSUZLUQ Əleyhinə Çox Təsirli olan Xalq Təbabəti Üsulları

 

Aile.fenomen.az həm xanımların, həm bəylərin diqqətini çəkəcək maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


Məlumdur ki, ciddi xəstəliklərin müalicəsi haqqında düşündüyümüz zaman xalq təbabəti ilə müalicədən söhbət belə gedə bilməz.Bu müalicə üsuluna əsasən kurs müalicə alındığı zaman köməkedici funksiya qismində yaxud da yüngül xəstəliklərin müalicəsi zamanı müraciət olunur.Lakin, praktika göstərir ki, təbiətə güvənən xanımların bir çoxu sonsuzluq probleminin həllini məhz xalq təbabəti üsulu ilə tapmışlar.


Qadın və kişi sonsuzluğunun otlarla müalicəsi


Lap qədim dövrlərdən nənə - babalarımız sonsuzluğun müalicəsində təbii ot və bitkilərdən istifadə etmişlər.Qəribə gəlsədə, bu cür təbii yollarla müalicə çox zaman yüksək nəticələr vermiş, çox az hallarda isə nəticəsiz qalmışdır.


QEYD – Əlbəttə ki, otlarla müalicəyə başlamazdan əvvəl həkiminizlə mütləq şəkildə məsləhətləşin.Çünki, hansı ota orqanizm necə reaksiya verəcəyini bilmirsiniz.


Beləliklə, sonsuzluğu əvvəllər böyüklərimiz necə müalicə edirdilər ?


Heyva şirəsi – mütləq şəkildə təzə sıxılmış şəkildə olmalıdır.Qəbul edilmə şəkli isə hər gecə 1 xörək qaşığı qədər olmalıdır.


Bağayarpağı toxumu – bu üsulla həm qadın, həm kişi sonsuzluğu müalicə olunur.Bu cür müalicə üsulu uşaqlıq yolunun iltihabı və spermatazoidlərin ləng hərəkəti zamanı çox təsirlidir.Qarışımı hazırlamaq üçün 1 stəkan qaynar suya 1 xörək qaşığı toxum əlavə olunur.Qarışımı 3 – 5 dəqiqə qaynatdıqdan sonra qaranlıq otaqda saxlayın.Gün ərzində 4 dəfə 2 xörək qaşığı qədər qəbul edin.Bu bitki ilə müalicə müddəti payızdan mart ayına kimi məsləhət edilir.


Bağayarpağı ilə vanna – bitkinin yarpaq və kökü götürülür.1 litr suya 50 qr. əlavə edilir və 40 dəqiqə saxlanılır.Sonra isə bu qarışımın suyunu vannaya doldurulmuş isti suya əlavə edin.Müalicənin edilmə şəkli isə, fəsil ərzində 2 həftədə gündə 1 dəfə olmaqla15 dəqiqəyə yaxın.


Adaçayı toxumu – bu bitki "müqəddəs” bitki adlanır.Bitki həm gələcək analar, həm atalar üçün faydalı olacaq.Müalicənin təsirini lipo əlavə etməklə daha da gücləndirmək olar.Qarışımı hazırlamaq şəkli isə belədir : 1 stəkan qaynar suya 1çay qaşığı toxum əlavə olunur, saxlanılır və soyudulur.Yatmazdan əvvəl və səhər ac qarına qəbul edilir.


Mumiya – bu vasitə hər iki valideyn üçü şöx faydalıdır, xüsusilə də atalar üçün.Qəbul şəkli gün ərzində iki dəfə ac qarına, müalicə kursu isə 25 – 28 sutka.0,3 q. Şirəyə əavə olunur və ac qarına içilir.Şirə isə qaragilə, yerkökü yaxud da çaytikanı ola bilər.


loading...
Oxşar xəbərlər