Qışın Əvəzedilməz Çayı Soyuqdəymə Əleyhinə Zəncəfilli ÇAY
Aile.fenomen.az saytı məlumat verir ki,
ABŞ - ın Milli sağlamlıq institutu bildirib ki, soyuqdəymə zamanı zəncəfilin sağaldıcı təsiri elmi tərəfdən sübut olunmayıb, lakin, bu vasitə bu istiqamətdə müalicə kimi öz məşhurluğunu itirməyib.Əgər artıq soyuqdəymə sizi tutubsa, bir fincan isti zəncəfil çayı təsəvvür edəcəyinizdən də çox sizə fayda verəcək.
3 stəkan suyu 12 dilim zəncəfil ilə qarışdırın və zəif ocaqda 20 - 25 dəqiqə qaynadın.Bu faydalı qarışım soyuqdəymənin bir neçə əlamətini həmin an yox edəcək.
Burun tutulmasına qarşı
Zəncəfil çayı burun tutulması problemini aradan qaldıra bilər.Bu məhsulun demək olar ki, heç bir əlavə təsiri yoxdur.Dərman vasitələrindən istifadə etmək istəməyənlər üçün bu bitkinin kökü əvəzedilməzdir.
Ağrıkəsici təsiri
Soyuqdəymə zamanı içilən istənilən isti içəcək boğaz ağrısı və ümumi hal üçün müsbət təsir göstərir.Eyni zamanda zəncəfilli çay həm də ağrıkəsici təsirə malikdir.
İsidici təsiri
Yalnız içdiyiniz zəncəfilli çayın temperaturu sizə istilik və sakitlik hissi vermir.Zəncəfil qan dövranını yaxşılaşdırır, bunun nəticəsində də əllər və ayaqlar isinir, və siz artıq üşümürsünüz.