Bu Meyvə XƏRÇƏNG ƏLEYHİNƏ Ən Güclü MƏHSUL Hesab Olunur
Aile.fenomen.az saytı məlumat verir ki,
Qara gavalı - çayla içilmək və ara zamanlar yemək üçün olduqca uyğun meyvədir.O, dadlı, çox da bahalı olmayan və fiqura üçün təhlükəsiz olan bir məhsuldur.Bəs bilirdinizmi ki, qurudulmuş gavalı sizin gündəlik qida rasionunuzda mütləq şəkildə daxil edilməlidir.
Texas universitetinin alimləri yoğun bağırsaqda xərçəng xəstəliyinin yaranma səbəbləri istiqamətində bir sıra tədqiqatlar aparmışlar.Müşahidələr zamanı müəyyən olunub ki, bu bölgədə xərçəngin yaranma səbəblərindən biri bağırsağın mikroflora balansının pozulmasıdır.
Bu problemin həlli yolunda müxtəlif məhsulların tərkib və özəlllikləri araşdırılmışdır.Məhz qara gavalı bu təcrübələrdən sonra ən faydalı meyvə kimi təsdiq almışdır.Bunu sübuta yetirmək üçün isə alimlərin təcrübədə olan siçanın gündəlik qida rasionuna qara gavalını daxil ediblər.
Aparılan təcrübələrdən sonra mütəxəssislər sübuta yetiriblər ki, qara gavalı - yoğun bağırsaq xərçəngi xəstəliyi əleyhinə ən güclü vasitə və məhsullardan biridir və ə güclü antioksidantlar siyahısına əlavə edilməlidir.Profilaktik olaraq, gündəlik 3 - 6 ədəd bu quru meyvələrdən istifadə etmək tövsiyə olunur.