Yerkökü şirəsi - XƏRÇƏNG Əleyhinə Mükəmməl Vasitə

loading...

Yerkökü şirəsi - XƏRÇƏNG Əleyhinə Mükəmməl Vasitə

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Xərçəng xəstəliyindən qorunmağın bir çox yolları vardır.Mütəmadi olaraq bu yollrla sizi məlumatlandırmağa çalışırıq.Alimlər bu yaxınlarda daha bir metod kəşf ediblər.Dadlı yerkökü şirəsi - xərçənglə mübarizədə çox təsirlidir.

Belə qənaətə Arizonada, Tuson Universitetində gəliblər.Bir qrup mütəxəssis demək olar ki, hər gün yediyimiz bu dadlı tərəvəzin bilmədiyimiz faydalı tərəflərini üzə çıxarıblar.Yerkökü xərçənglə mübarizə və profilaktikası üçün əla köməkçidir.

Keçirilən müşahidələrdə sinə xərçəngindən əziyyət çəkən qadınlar iştirak edib.3 həftə ərzində iştirakçı xanımlar hər gün 1 stəkan yerkökü şirəsi içiblər.Artıq eksperimentin sonunda oların qanında xərçəng hüceyrələrinin inkişaf sürətini azaldan karotinoidlərin miqdarı kifayət qədər olmuşdur.
Qeyd edilib ki, məhz tərkibində çox miqdarda karotinoidlər olduğu üçün o bu xəstəliklə mübarizə üçün faydalı hesab olunur.

Beləliklə, alimlər belə qənaətə gəliblər ki, gün ərzində 1 stəkan yerkökü şirəsi qəbul etməklə insanlar sinə xərçəngi, yoğun bağırsaq, sidik kisəsi və qalxanvari vəzi xərçəngi xəstəliyinin inkişaf riskini azalda bilərlər.Lakin, sonda qeyd edək ki, bu məhsuldan da istifadə həddini aşmaq olmaz.

loading...
Oxşar xəbərlər