loading...
loading...

Heyvanın Orqanizm Üçün 20 FAYDASI VƏ 3 ZİYANI

loading...

Heyvanın Orqanizm Üçün 20 FAYDASI VƏ 3 ZİYANI

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

1. Heyva enerji mənbəyi olan bir meyvədir.Gün ərzində itirilən enerjinin bərpa edilməsi üçün olduqca faydalıdır.Buna əmin olmaq üçün səhərlər sadəcə bir neçə dilim heyva yeyib nəticəsini görməyiniz kifayət edəcəkdir.

2. Varikoz müalicəsi zamanı heyva olduqca faydalıdır.Müntəzəm olaraq heyva yemək xüsusilə ayaq nahiyəsində olan varikozları və damarların rahatlanması üçün xeyirlidir.

3. Menstrual sikli normallaşdırır.Aylar boyu menstrual sikl pozğunluqları olan xanımlar müntəzəm şəkildə qida rasionlarına heyva əlavə etsələr təsirini tez bir zamanda görə bilərlər.

4. Doğuş prosesini asalaşdırma təsirli qidalar siyahısına daxildir.Hamiləlik və doğuş zamanı dözülməz ağrı və sancılardan uzaq olmağa yardım edir.
5. Şiddətli baş ağrıları  yaşayan şəxslər üçün heyva tövsiyə edilir.Bir ovuc heyva çiçəyini bir qaşıq bal ilə qarışdırın və məcun halına gəldikdən sonra 1 stəkan su ilə udun.Təsirini isə artıq yarım saat sonra görəcəksiniz.

6. İştah açıcı meyvədir və çəki almağa kömək edir.

7. Heyva həmçinin cinsi istəyi gücləndirən meyvə kimi də məşhurdur.Durğun və həyəcanı ölən intim həyat sürənlər bu meyvəni öz qida rasionlarına mütləq şəkildə əlavə etməlidirlər.

8. Qış mövsümünün ən çox yayılan problemləri olan soyuqdəymə və qrip əleyhinə də təsirli vasitədir.Heyvanı qaynadıb suyunu içsəniz təsirini tez bir zamanda hiss edə bilərsiniz.

9. Tərlədici təsirə malikdir.Əgər idmandan öncə daha çox tərləyib və orqanizminizdən toksinləri uzaqlaşdırmaq istəyirsinizsə, idmana başlamazdan yarım saat əvvəl heyva yeməyiniz məsləhətdir.

10. Stressli insanlara sakitləşdirici kimi təsir edir.Özünü gərgin, narahat və əsəbi hiss edənlərin ən doğru seçimi heyva olmalıdır.

11. Gözdə olan infeksiyaların aradan qaldırılması üçün təsirlidir.Heyvanı qaynadın, suyunu ayırın və ilıqlaşdıqdan sonra pambığın köməyilə gözlərinizin üzərini təmizləyin.Bu nəm pambığı təxminən 20 dəqiqə gözlərinizin üzərində saxlayın və nəticəsini görəcəksiniz.

12. Bağırsaqlarda yaranan iltihabı aradan qaldırmağa kömək edir.Əgər bağırsaq fəaliyyəti pozğunluğu yaşayır və qəbizlikdə əziyyət çəkirsinizsə bu yolda heyva sizə yardım edə bilər.

13. Həzm sistemi üçün olduqca faydalıdır.Əgər ağır yemək yemisinizsə və həzm sistemi ilə bağlı problem yaşayırsınızsa, qaynadılmış heyva suyu bu problemi asanlıqla həll edə bilər.

14. Heyva ürək döyüntüsünü normallaşdırmağa yardım edir.Təsadüfi deyil ki, sürətli ürək döyüntülərindən əziyyət çəkən insanlara həkimlər müntəzəm şəkildə heyva yeməyi tövsiyə edirlər.

15. Ağız qoxusu üçün faydalıdır.Xoşagəlməz qoxuları arada qaldırmağa kömək edir.

16. Uşaq ishalları zamanı heyva ən təbii müalicə vasitəsidir.Heyvanın kompotunu hazırlayaraq uşağınıza içirə və ishal problemlərindən azad ola bilərsiniz.

17. Qanda olan xolesterini qaydaya salmaq üçün heyva önəmlidir.

18. Anemiya xəstəliyindən əziyyət çəkənlər üçün də heyva çox önəmlidir.Qan azlığından şikayət edənlər heyvanın komptunu hazırlayıb ondan mütəzəm şəkildə qəbul edərək problemə əlac tapa bilərlər.

19. Xərçəng xəstəliyi riskini aşağı salmaq üçün heyva təsirli vasitələrdəndir.Kompot şəklində qəbul etmək kifayət edəcəkdir.

20. Qaraciyər və fəaliyyəti, bərpası üçün olduqca böyük təsirə malikdir.

Heyvanın zərərləri :

1. Heyvanın tumunu yemək hamilə xanımlar üçün düzgün deyildir ;

2. Heyvanı çiy şəkildə yemək məsləhət deyil.Ya bişirmək, yaxud da mürəbbəsini hazırlamaq lazımdır;

3. Yüksək qan təzyiqindən əziyyət çəkənlər heyva yeyərkən az miqdarda yeməlidirlər.


loading...
Oxşar xəbərlər