loading...
loading...

Bu Şirniyyatlar Fiqura Üçün TƏHLÜKƏSİZDİR!

loading...

Bu Şirniyyatlar Fiqura Üçün TƏHLÜKƏSİZDİR!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

ABŞ mütəxəssisləri bildiriblər ki, şirniyyat doğru zamanda və lazımi qədərdə yeyilərsə o artıq çəkinin alınmasına səbəb olmur.
Ümumiyyətlə piylənmə və artıq çəki almaqda yalnız şirniyyatları günahlandırmaq doğru deyil.Çünki, bir sıra digər qida və məhsullar mövcuddur ki, onların tərkibi çoxlu miqdarda ziyanlı kalorilər vardır.Balıq və ət kimi bir sıra faydalı məhsullar vardır ki, onları bir qədər artıq yemək zərərli deyil.

Belə məlum olub ki, şirniyyat yeməyə meyilli olanların əksəriyyəti belinin incəliyi ilə bilinirlər.Ümumiyyətlə isə şirniyyatdan istifadə etməyənlərdə bu faktın əksi sübut olunub.Şiriyyatın ən mənfi xüsusiyyətlərində biri də odur ki, tərkibi olduqca kalorilidir və onu yediyiniz zaman dayanmaq bir qədər çətin olur.

Şirniyyatıarın xüsusiyyətlərini öyrənmək üçün alimlər 19 000 insanla 5 ilə yaxın araşdırmalar aparıblar.Belə məlum olub ki, bir sıra şirniyyat növləri vardır ki, onlar orqaizmə nəinki ziyanlı, əksinə faydalı ola bilər.Məsələn, şokolad bir sıra xəstəliklərin yaranma və inkişafı riskini aşağı salır.Metabolik sindromun yaranması 15 %, hipertoniyanın yaranması riski isə 14 % azalır.

Dietoloqlar isə bildirirlər ki, şirniyyat gündəlik kalori normasından 10 % çox qəbul edilməzsə, onun fiqura və bədən ölçüləri üçün heç bir ziyanı olmaz.

Mütəxəssislər isə şirniyyat seçimi edərkən insanları diqqətli olmağa və tərkibində konservant və rəngləyicilər çox olan məhsullar almaqdan uzaq durmağa çağırırlar.Şirniyyat seçərkən bir qədər daha təbii məhsullar, məsələn qara şokolad yaxud da marmelad seçməyi məsləhət görürlər.


loading...
Oxşar xəbərlər