QARA TUT BƏKMƏZİNİN MİN BİR FAYDASI VƏ O KİMLƏRƏ ZİYANDIR?
Aile.fenomenn.az saytı məlumat verir ki,
Qara tutdan hazırlanan bəkməzin ən məşhur faydası antoksidant özəlliyinə sahib olmasıdır.El arasında da əbəs yerə bu məhsula hər dərdin əlacıdır deməyiblər.
Qara tut yaz - yay aylarıda çox qısa bir müddət ərzində yetişən meyvədir.Gəlin, bu məhsulun faydaları ilə tanış olaq :
1. Tərkibində bol miqdarda dəmir maddəsi olduğu üçün qan azlığı xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır.
2. Hepatit və qastrit xəstələrinə yaxşı təsir edir.
3. Körpə əmzirən anaların südünü artırır.
4. Minerallarla zəngindir, uşaqların bu məhsulu qəbul etməsi məsləhətdir.
5. Enerji mənbəyi olduğu üçün halsızlıqdan əziyyət çəkənlər üçün tövsiyə edilir.
6. Tərkibindəki bol miqdarda maqneziyum və çinko maddələrinin hesabına ümumi sağlamlıq üçün olduqca təsirlidir.
7. Sinirləri möhkəmləndirir və beyini qoruyur.
8. Mədəsində problem olanlara əlacdır.
9. Qəbizlik probleminin həlli üçün yaxşı vasitədir.
10. Sidik yolunda yaranan iltihabların aradan qaldırılmasına yardım edir.
11. Yemək borusu və ağızda yaranan mikrobları tut bəkməzi ilə qarqara edərək aradan aldırmaq olar.
12. Yuxusuzluq problemini həll etməyə yardım edir.
13. Qaraciyərin bərpası üçün faydalıdır.
14. İmmu sistemini möhkəmləndirir.
15. Qanı təmizləyir.
Qara tut bəkməzinin ziyanları :
Şəkər və diabet xəstələri bu məhsulu həkimə müraciət etmədən qəbul etmələri tövsiyə edilmir.
Bəkməzdə çox istifadə olunduğu zaman orqanizmdə allergiya yaranır.
Tuta qarşı allergiyası olanlar onun bəkməzindən də uzaq durmalıdırlar.