Qrip Zamanı Bu Yeməklərdən İmtina Etmək Lazımdır!

loading...

Qrip Zamanı Bu Yeməklərdən İmtina Etmək Lazımdır!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Soyuqdəymə və qrip zamanı qida rasionuna xüsusi diqqət yetirmək lazımdır.Çox yeməmək lazımdır, çünki orqanizm ağır qidanı həzm etməklə deyil, mövcud olan infeksiyalarla mübarizə aparmalıdır.Buna görə də yaxşı olar ki, bu zaman dövründə yağlı və qızardılmış qidalardan uzaq durasınız.

Sağalma prosesi zamanı qida rasionunun əsasını yüngül bulyon və tərəvəz şorbaları təşkil etməlidir.Bundan başqa, bol miqdarda meyvə, tərəvəz və süd məhsulları qəbul etmək lazımdır.İstənilən növ yağlı, hisə verilmiş və həddindən artıq duzlu qidalardan da uzaq durmaq lazımdır.Ət məhsullarının da qəbulunda müəyyən qədər sərhəd qoyulmalıdır.Çünki, heyvan mənşəli ətin tərkibində olan zülalları həzm edə bilmək üçün orqanizmin çox miqdarda enerjiyə ehtiyacı vardır.

Xəstəlik dövründə qida rasionuna süd məhsullarını daxil etmək olduqca vacibdir, çünki belə bir zamanda mədədə olan faydalı bakteriyaların sayı azalır.İmmun sistemini möhkəmləndirən ən məşhur vasitələr isə - zəncəfil, soğan və sarımsaqdır.Onlar orqanizm üçün sanki antibyotik rolunu oynayırlar.

Xəstəlik zamanı mütləq olaraq bol miqdarda maye qəbul etmək lazımdır.Yaxşı olar ki, bu, adi, qazsız və mineral su, bitki çayları və müxtəlif müalicəvi ot dəmləmələri olsun.
 

loading...
Oxşar xəbərlər