Qarın Şişməsinin Səbəbləri NƏDİR?
Aile.fenomen.az saytı məlumat verir ki,
Bağırsaqlarda quruldama və meteorizmlə müşahidə olunan qazların yığılmasının səbəbləri müxtəlif ola bilər :
- Qazyaradan içki yaxud qidaların qəbulu nəticəsində : şirniyyatlar, paxlalı məhsullar, kartof, kələm, kvas yaxud digər qazlı içkilər, süd məhsulları, pivə və. s.
- Orqanizmdə qidanın həzmi üçün lazım olan fermentlərin sayı kifayət qədər olmadıqda.Xüsusilə də bu çox miqdarda zülal qəbul edən şəxslərə aiddir.
- Disbakterioz zamanı bağırsaq mikroflorasının balansının pozulması.Disbakterioz bəzi xəstəliklər və antibiyotik qəbulu zamanı yarana bilər.
- Hamiləlik yaxud da menstruasiya zamanı.Bəzi qadınlarda menstruasiyadan öncə hormon səviyyəsinin dəyişilməsi səbəbilə qarında şişkinlik hiss oluna bilər.Məhz belə narahatlıqlarla qadınlar menopauzadan əvvəl də rastlaşırlar.Klimaks dövründə isə bu proses qəbizliklə nəticələnir.
- Stress səbəbilə yoğun bağırsaqda spazmın yaranması .
- Qan dövranının pozulması nəticəsində.Bunun nəticəsində bağırsağın hərəkəti pozulur və fiziki gərginlik yaranır.Belə xoşagəlməz halın qarşısını almaq üçün təmiz havada gəzmək lazımdır.
Təəssüf ki, qida rasionunda dəyişikliklər etməklə meteorizmdən birdəfəlik qurtulmaq mümkün deyil.Bunun üçün yaxşı olar ki, gecikdirmədən qastroenteroloqa müraciət edəsiniz.