Təzyiqi Aşağı Salmanın Ən Asan Üsulu Tapıldı!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
ABŞ, Karolina universitetinin alimləri araşdırmalar zamanı müəyyən ediblər ki, sadəcə son 16 həftə ərzində həyat və iş fəaliyyətində dəyişikliklər etmək qan təzyiqinin aşağı enməsinə səbəb ola bilər.Belə olan halda əlbəttə ki, infarkt, insult olma riski də aşağı enir və həyat müddəti uzanır.
Aparılan araşdırmalarda 40 - 80 yaş arası 129 nəfər piylənmə və artıq çəkidən əziyyət çəkən qadın və kişilər iştirak etmişdir.İştirak edənlərin hər birinin qan təzyiqi - 130-160/80-90 olmuşdur.
İştirakçıların təsadüfi şəkildə 3 qrupa bölünüblər.
İlk qrupda yer alanlar 16 həftə müddətində öz həyat tərzlərini və qidalanma rasionlarını dəyişiblər.Belə ki, onlar meyvə, tərəvəzlərdən daha çox istifade edir, ət və duzdan minimum şəkildə istifadə edərək, fiziki hərəkətlərə də yer ayırıblar.
İkinci qrupda iştirak edənlər isə daha çox sağlam qidalanmaya üstünlük veriblər.
Üçüncü qrupda yer alanlar isə öz həyat tərzlərində dəyişiklik etməyiblər.
Sonda isə nəticələr belə olub : ilk qrupda yer alan şəxslər kifayət qədər çəki ataraq qan təzyiqləri də demək olar ki, normal vəziyyətə qayıdıb.İkinci qrupda da vəziyyət normallaşıb.Lakin, üçüncü qrupda isə vəziyyət heç də ürəkaçan olmayıb.
loading...