Hamiləlik Zamanı Diş Ağrısı Təbii Müalicə Üsulları
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamiləlik dövründə diş ağrısı ən çox yaşanılan problemlərdən biridir.Bəs belə bir həssas dönəmdə bu narahatlığı necə aradan qaldırmaq olar?
Bu problemi həll edəcək bir neçə bitki mənşəli üsul vardır :
Qərənfil (mixək) yağı
Qulaq çöpünə bir qədər bu yağdan batırıb ağrayan dişin üzərinə qoyun.Diş üçün ən faydalı üsullardan biri hesab edilir.Həm ağrıkəsici və iltihabəleyhinə təsiri vardır.
Sarımsaq
Sarımsağı əzin və ağrayan dişin üzərinə qoyun. Bir müddət sonra görəcəksiniz ki, ağrı yavaş - yavaş azalmaqdadır.
Duz
Diş pastasının əvəzinə diş fırçasının üzərinə duz səpin.Ağrayan tərəflərinə ehmalla çəkin.Ağrını tezliklə alacaq.
Çin yağı
Pambıq çubuğu bu yağa batırıb ağrı olan dişinizə çəkin.Ağrı tez zamanda itəcək.
Süd
Bəzi hamilələr orqanizmlərində kifayət qədər kalsium ehtiyatı olmadığı üçün diş ağrıları çəkirlər.Çünki ana bətnində körpənin sümüklərinin inkişafı və bərkidiyi bir zamanda ananın kalsiuma olan ehtiyacı iki qat artır.Odur ki, məsləhətdir ki, hamiləlik dövründə hər gün süd və süd məhsullarından geniş şəkildə istifadə etsinlər.
loading...