Xalq Təbabəti Üsulları İlə Diş Ağrısının Aradan Qaldırılması Yolları

loading...

Xalq Təbabəti Üsulları İlə Diş Ağrısının Aradan Qaldırılması Yolları

 

 

 
Aile.fenomen.az saytı məlumat verir ki, 


Diş ağrısı hər kəsdə olur.Çox zaman qəfil baş verən bu ağrı çox zaman sanki dözülməz təsir bağışlayır.Belə ağrı olduğu zaman əlbəttə ki, ən yaxşı çıxış yolu həkimə müraciət etməkdir.Lakin, elə zamanlar olur ki, həkimə getmək mümkün olmur və yalnız özümüz özümüzə yardım etmək məcburiyyətində qalırıq.

 

Üsullarla sizi də tanış edirik :


1. Diş ağrısı zamanı kömək edən vasitələrdən ə yaxşılarından biri müalicəvi otlarla, məsələn, sürvə ( adaçayı ) ilə qarqara edilməsidir.


2. Əgər belə ağrılardan yay vaxtı əziyyət çəkirsinizsə, yaxşı olar ki, bağayarpağının şirəsini damağınıza çəkəsiniz.


3. Əgər ağrını ərpli dişinizdə hiss edirsinizsə, bir dilim kəsilmiş qırmızı çuğundur qoyun və üzərinə sıxın.


4. Daha bir təsirli çıxış yolu - narın tumlarıdır.Bu tumları balla qarışdırıb çynəmək lazımdır.


5. Əgər ağrııyan dişinizin dibi dərin və içi açıqdırsa, məsləhətdir ki, onun içini qida qalıqlarından təmizləyərək propolis qoyasınız.


6. Diş ağrısı zamanı sarımsaq, soğan və duz qarışımı da çox gözəl təsir gücünə malikdir.Bütün adı çəkilən məhsulları eyni qədərdə götürün və əzib qarışdırın.Ağrı olan nahiyəyə qoyun.


7. Ağrı hiss edilən dişin üzərinə itburnunun yarpaqlarını qoymaq lazımdır.

 
 

loading...
Oxşar xəbərlər