Təbii Vasitələrlə Ağrılarınızdan Qurtulun!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Əksəriyyətimiz kiçik bir ağrı hiss etdiyimiz zaman tez bir zamanda ağrıkəsicilər qəbul etməyə tələsirik.
Lakin, araşdırmalar zamanı müəyyən edilib ki, yediyimiz və istifadə etdiyimiz məhsullar da ən az ağrıkəsicilər qədər effektivdir.
Yuxarıda da qeyd edilən kimi ağrı olduğu an dərhal dərman və həb içmək düzgün deyil.Doğrudur, dərmanlar bir çox ağrıları sürətli yoxetmə qabiliyyətinə sahibdir, amma onların tərkibinin də xeyli miqdarda kimyəvi əlavələrlə zəngin olması heç kəsə sirr deyil.
Beləliklə, gəlin, ağrılardan təbii üsulla qurtulmağın bir sıra yollarını öyrənək :
Zəncəfil
Bədəndə hər hansı bir ağrı hiss edilən zaman ilk yada düşən məhsullardan biri və ən təsirlisi zəncəfildir.Zəncəfil ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir.Zəncəfil şirəsini içməklə siz əzələ ağrılarından azad ola bilərsiniz.Qadınların bir çoxu menstruasiya ağrılarından əziyyət çəkirlər.Zəncəfilli çay içərək onlar bu ağrılarını xeyli azalda bilərlər.Mədə ağrıları, həzm sisteminin pozulması zamanı zəncəfil şirəsi əvəzsiz seçimdir.
Sarıkök
Sarıkök də tərkibində olan bol miqdarda faydalı maddələr hesabına ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir.Sarıkök artrit ağrıları zamanı təsirlidir.Südə bir qədər sarıkök və bal əlavə etməklə siz əzələ ağrılarından, artrit ağrılarından azad ola bilərsiniz.
Tünd yaşıl yarpaqlı bitki və tərəvəzlər
Tünd yaşıl yarpaqlı tərəvəz və bitkilərin tərkibində bol miqdarda antikosidantlar vardır.Belə məhsullar orqanizmi lazımi turşu və maddələrlə zənginləşdirir ki, bunun da hesabına ağrı artıq orqanizmdə yaranmaq istədiyi anda kəsilir.
loading...