Ağızda Olan Xoşagəlməz Qoxunun Yaranma Səbəbləri və Asan Həlli Yolları

loading...

Ağızda Olan Xoşagəlməz Qoxunun Yaranma Səbəbləri və Asan Həlli Yolları

Aile.fenomen.az saytı məlumat verir ki, 

Sirr deyil ki, ağızdan gələn xoşagəlməz qoxu insanların yalnız özlərinə deyil, ətrafdakı insanlar üçün də narahatlıq yaradır.Bu problemdən qurtulmağın yolu isə onun yaranma səbəblərini bilmək və qarşısını almaq üçün addımlar atmaqdır.

Beləliklə,  bu xoşagəlməz qoxuların yaranma səbəbləri nələrdir?

Adi diş ərpi problemləri ;
Ağızda quruluq hissinin olması ;
Mədə bağırsaq traktı problemləri ;
Yediyiniz qidaların təsiri ;
Boğaz və digər orqanların xəstəlikləri ;
Şəxsi gigiyena qaydalarına düzgün riayət edilməməsi.

Ağız qoxusundan aşağıdakı asan üsullarla azad ola bilərsiniz:

Yaşıl yaxud qara çay için

Tənəffüsünüzü daha təmiz və təravətli etmək istəyirsinizsə 1 fincan qara yaxud yaşıl çay için.Bu sevdiyimiz içkinin tərkibi bol miqdarda polifenollarla zəngindir.Bu maddənin önəmli tərəfi odur ki, o ağız boşluğunda olan bakteriyaların məhvinə şərait yaradır.Lakin, çalışın ki, çayı şəkərsiz qəbul edəsiniz.

Ağız boşluğu gigiyenasına diqqət edin

Bilmək lazımdır ki, ağız boşluğunda olan xoşagəlməz qoxu ilə ən yaxşı mübarizə üsulu şəxsi ağız boşluğu gigiyenik qaydalarının düzgün yerinə yetirilməsidir.Əvvəla qeyd etmək lazımdır ki, hər kəs diş fırçasını ən azı 3 aydan bir dəyişməlidir.Çünki, zərərli bakteriyalar diş fırçasının üzərini tez örtə bilir.Xüsusilə dişləri gecə yatmazdan əvvəl və gün ərzində qida yedikdən sonra fırçalamaq lazımdır.

Sərt meyvə və tərəvəzlər yeyin

Alma, yerkökü, xiyar, kərəviz kimi sərt məhsullardan istifadə edin.Belə meyvə və tərəvəzlər dişlərdə olan bakteriya və qalıqları çox gözəl təmizləmə qabiliyyətinə malikdir.

loading...
Oxşar xəbərlər