Bu Tərəvəzin Köməyi İlə Siqareti Tərgidə Bilərsiniz!

loading...

Bu Tərəvəzin Köməyi İlə Siqareti Tərgidə Bilərsiniz!

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Həkim - dietoloqlar bildirirlər ki, gün ərzində təxminən 350 - 400 qr meyvə və 400 - 500 qr tərəvəz qəbulu kifayətdir ki, orqanizm özünə lazım olan vitamin və qida ehtiyatını ödəsin.Gəlin, bu məhsulların bir qisminin bilinməyən faydalarını öyrənək.

Xiyar

Xiyar kalsium, maqneziyum, dəmir, fosfor, kalium, müxtəlif A, C, B1, B2, B3 vitaminləri ilə zəngindir.Bildiyimiz kimi isə kalium böyrəklərin, öd kisəsinin, ürək - əzələ sisteminin fəaliyyəti üçün əvəzolunmazdır.

Pomidor

Pomidor da öz növbəsində faydalı tərəfləri ilə seçilən tərəvəzlərdəndir.Onun tərkibində müxtəlif təbii turşular, kalsium, kalium, dəmir, natrium, yod vardır ki, bütün bu maddələr ürək  - əzələ sistemi xəstəlikləri və profilaktikasında, qastritlərdə, yaddaş problemlərində, qan azlığı zamanı və zəifləmə zamanı olduqca faydalıdır.

Badımcan

Digər əhəmiyyətli faydaları ilə yanaşı, badımcanın tərkibində nikotin turşusu vardır.Buna görə də siqareti atmaq istəyən şəxslərə badımcan yemək tövsiyə olunur, çünki belə olan halda siqaretdən istifadə edən şəxslər tərgitmə dönəmini daha rahat başa vura bilərlər.

Kabaçki

Artıq çəkidən əziyyət çəkən şəxslər yaxşı olar ki, rasionlarına kabaçki əlavə etsinlər.Onun tərkibində B qrup vitaminləri, kalium, kalsium, karotin, dəmir və turşular vardır.Kabaçki azkalorilidir, yaxşı həzmolunandır.Buna görə də pəhriz saxlayanlar üçün çox yaxşı qida hesab olunur.

Ərik

Kalium çatışmazlığı olan insanlara ərik yemək tövsiyə olunur.Ümumiyyətlə meyvələrin əksəriyyətinin tərkibində bu mikroelement, eləcə də, beta karotin, maqneziyum və fosfor birləşmələri vardır.Ərik onkoloji xəstəliklərin, ürək xəstəliklərinin yaranmasının qarşısını alır və yaddaşı gücləndirir.

Qarpız

Tərkibində bol miqdarda müxtəlif vitaminlər, fol turşusu, karotin, pektin polisaxaridləri, maqneziyum, kalium, dəmir, kalsium, fosfor və natrium olan bu giləmeyvə bir çox xəstəliklərin yaranmasının qarşısını alır.Sistit, nefrit, pielonefrit və s. kimi uroloji xəstəliklərin müalicəsi zamanı gemiş şəkildə istifadə olunur.Qarpız xroniki qastrit zamanı da olduqca faydalıdır.Qarpızın sidikqovucu xüsusiyyətinə görə o, orqanizmdə yığılan bir çox zərərli maddələrin ifraz olunmasına yardım edir.
 

loading...
Oxşar xəbərlər