Bağırsaq qurdu xəstəliyinin yaranma səbəbi - Bu xəstəliyin Əlaməti nədir?

loading...


 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bağırsaq qurdu yaxud da bağırsaq paraziti adı ilə tanınan bu problem meyvə və tərəvəzlərin yaxşı yuyulmaması, çirkli sular, ətin çiy formada yeyilməsi və torpaqdan insanlara düşə bilər.Bu problem xüsusilə də kiçik yaşlı uşaqlar arasında daha çox yayılmışdır.

Əlaməti nədir?

Bağırsaq qurdu xəstəliyindən əziyyət çəkən insanların ümumi olaraq ilk şikayətləri anus bölgəsində olan qaşıntı olur.Sözsüz ki, belə şikayətlər insanların sosial həyatlarını və həyat keyfiyyətlərini aşağı salır.Digər əlamətlər isə aşağıdakılardır :

Mədənin üst hissəsində və qarın bölgəsində olan ağrı ;
Ürək bulanma və qusma ;
Halsızlıq;
Diareya ( ishal ) ;
İştahanın azalması ;
Çəkidə azalma ;
Bağırsaqlarda iltihablanma ;
Baş gicəllənməsi və yuxu problemləri. 

Bağırsaq qurdu xəstəliyinin yaranmaması üçün aşağıdakı qaydalara əməl etmək lazımdır :

1.Yeməyi bişirməzdən öncə bütün qida məhsullarını yaxşı yumaq lazımdır. 
2.Yeyiləcək olan bütün ət və ət məhsulları tam şəkildə bişmiş olmalıdır. 
3.Tez - tez yuyunmaq və çimmək lazımdır. 
4.Əllərinizə və dırnaqlarınıza xüsusi diqqət yetirin, təmiz və səliqəli saxlayın.
5.Gün ərzində tez - tez əllərinizi sabunla yuyun.
6.Yataq dəsti, istifadə olunan dəsmallar, geyimlər lazımi istilik dərəcəsində yuyulub, ütülənməlidirlər.
7.Ailə üzvlərindən hər hansı bir şəxs müalicəyə başladığı zaman eyni zamanda digər ailə üzvləri də müalicə almalıdırlar.
 

loading...
Oxşar xəbərlər