Meyvə Şirələrini Ac Qarına İçmək OLARMI?
Aile.fenomen.az saytı məlumat verir ki,
ABŞ ekspertləri araşdırmaları nəticəsində belə bir nəticəyə gəliblər ki, ac qarına meyvə şirəsi içmək bağırsaq mikroflorasının balansının pozulmasına səbəb ola bilər.
Belə bir nəticəyə gəlmək üçün təcrübə gəmiriciləri üzərində eksperiment aparmışlar.Siçanlara ac mədəyə meyvə şirəsi verilib.Bundan sonra isə tədqiqatçılar həzm sistemi və ümumi sağlamlığa da diqqət yetirmişlər.
Məlum olub ki, boş olan bağırsaq meyvə şirəsinin tərkibində olan fruktozanı yaratmaq qabiliyyətinə malik deyil, buna görə də o yoğun bağırsağa gedir və mikroorqanizmləri məhv edir.
Həm təbii, həm də qablaşdırılmış formada mağazalardan alınan şirələrin hər ikisini də ac qarına qəbul etmək olmaz.Mütəxəssislər bildirirlər ki, insanlar tox olduqları zaman şirə içməlidirlər.Belə olan təqdirdə o insan orqanizmi üçün faydalı olacaqdır.