Belə Problemi Olanlar Qətiyyən Xurma Yeməsin!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bildiyimiz kimi xurma bir çox maddə və elementlərlə zəngindir.Payız mövsümündə əksəriyyətimizin sevdiyi və yediyi bu meyvənin tərkib və xüsusiyyətlərini daha yaxından öyrənmək lazımdır.Xurma dəmir, yod imi mikroelementlər və A, B, C qrup vitaminləri ilə zəngindir.İlin belə soyuq zamanlarında sözügedən bu maddələr immun və sinir sistemi üçün mütləq lazımdır.
Anemiya xəstəliyindən əziyyət çəkən şəxslərə də xurma yemək məsləhət görülür. Mədə xəstəlikləri zamanı da xurma faydalı məhsul hesab olunur, çünki onun tərkibində demək olar ki, turşu heç yoxdur.
Qida mütəxəssisləri xurmanı həftədə maksimum 3 dəfə, gün ərzində isə 3 dəfədən çox yemək olmaz.Məsələ omdasır ki, xurmanın tərkibində çoxlu sayda şəkər və sadə karbohidratlar var.Buna görə də, diabet xəstələri gün ərzində 1 ədəddən çox xurma yeməməyə diqqət göstərməlidirlər, çünki şəkər sayəsində qanda qəfil insulin artımı müşahidə oluna bilər.
Böyrək daşı və mədəaltı vəzin müxtəlif xəstəliklərindən də əziyyət çəkən insanlar üçün də bu meyvə əlverişsiz hesab olunur.Səbəb isə bu məhsulun güclü sidikqovucu xüsusiyyətinin olmasıdır.
loading...