Skolioz Xəstəliyini 30 Yaşdan Sonra Müalicə Etmək Mümkündürmü?

loading...

Skolioz Xesteliyini 30 Yasdan Sonra Mualice Etmek Mumkundurmu

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Skolioz - ən geniş yayılmış onurğa sütunu xəstəliklərindən biridir.


Müasir dövrümüzdə skolioz xüsusilə geniş yayılmışdır.Bu xəstəliyə vaxtında diaqnoz qoyulmadığı və müalicəyə başlanılmadığı zaman, mövcud vəziyyət ağırlaşaraq digər daxili orqanların ciddi xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Manual terapevt Roman Qudel 30 yaşından sonra skoliozu necə müalicə etmək mümkün olduğunu açıqlayıb.

Terapevtin sözlərinə görə, məlum olduğu kimi də skolioz xəstəliyini 30 yaşdan sonra tam müalicə etmək və düzəltmək faktiki olaraq mümkün deyil.Lakin, bir sıra müalicələr etmək olar ki, siz qocaldığınız zaman özünüz iki ayağınız üzərində heç bir ağrı hiss etmədən gəzə biləsiniz.Odur ki, yaşdan asılı olmayaraq skoliozdan əziyyət çəkirsinizsə, durmadan mütləq həkim mütəxəssisə müraciət etməlisiniz.

Böyüklərdə skolioz necə müalicə olunur?


İlk olaraq əzələlərin yaxud da əksinə, distrofiyanın (orqan və toxumalarda maddələr mübadiləsinin pozulmasından baş verən xəstəlik halıdır, səbəbi isə orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir) spazm zonaları ayırd edilir.Sonra xüsusi texnika vasitəsilə onurğa sütununun bərpasına başlanılır.Reabilitoloq tərəfindən yaxud da evdə edilməsi mümkün olan xüsusi müalicəvi hərəkətlər təyin edilir.Onu da qeyd etmək lazımdır ki, hərəkətlər olunmadığı zaman skolioz yenidən geri qayıda bilir.İlk başda kürək əzələlərinin ağrısı olur, lakin unutmayın ki, əzələlərinizi məşq etdirmək və onları düzəltmək hər yaşda sizin öz əlinizdədir.
Skolioz xəstəliyi 4 - cü mərhələyə çatdığı zaman isə çox təəssüf ki, belə xəstələrə yalnız əməliyyatla kömək etmək mümkündür.

Skoliozu müalicə etməsəm nə olar?


Müalicə olunmayan skoliozun nəticələri aşağıdakılardır :

Daxili orqanlarda qan dövranının pozulması, kürəkdə olan ağrılar ( ilk başda bu ağrılar o qədər də hiss olunmur, lakin sonra bu ağrılar dözülməz həddə çatır və insanı şikəst birinə çevirir.)
 

loading...
Oxşar xəbərlər