Dərmansız Hemoqlobini YÜKSƏLTMƏ YOLLARI
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bu üsullarla anemiya xəstəliyini ( qan azlığı ) müalicə edə və qarşısını ala bilərsiniz.
Hemoqlobinin səviyyəsi aşağı endiyi zaman yaranan xəstəlik anemiya adlanır və ən geniş yayılmış qan xəstəliklərindən biridir.Bu xəstəlikdən çox zaman dahaçox qadınlar əziyyət çəkir, lakin əlbəttə ki, kişilərdə də geniş şəkildə yayılmış olan problemlərdən biri hesab olunur.
Xəstəliyin ilkin pilləsində o özünü elə də güclü əlamətlərlə büruzə vermir.Lakin, irəlilədikcə ilkin əlamətləri yuxululuq, dərinin avazıması, yorğunluq hissi, saçların tökülməsi və qırılması, dırnaqların qırılması və s bu kimi olur.
Hemoqlobinin səviyyəsini necə artırmaq və anemiya xəstəliyinin qarşısını almaq olar ?
İsti duş qəbul etmək - qandakı qırmızı qan hüceyrələri olan eritrosidləri stimullaşdırmaq və qan dövranını yaxşılaşdırmaq üçün isti duş və bu kimi prosedurlar qəbul etmək lazımdır.
Mümkün qədər çox miqdarda təzə tərəvəz, toxum və göyərti salatları yemək - bu cür məhsulların əksəriyyətinin tərkibi dəmirlə zəngindir ki, bunun da nəticəsində hemoqlobinin səviyyəsi yüksəlir.Onu da qeyd etmək lazımdır ki, ən yaxşı dəmir mənbəyi hesab olunan ət bu adı çəkilən məhsullardan daha gec orqanizm tərəfindən həll olunur.
Vitamin C ilə zəngin olan qidalar menyuya əlavə olunmalıdır - insanların əksəriyyəti bilmir ki, dəmirin orqanizm tərəfindən daha yaxşı həll olunması üçün onu tərkibində vitamin C ilə zəngin olan məhsullarla, yəni limon, portağal, giləmeyvələr, cəfəri, kələm, bolqar bibəri və s. bu kimi məhsullarla birgə qəbul etmək lazımdır.
Bol şəkildə günəş altında günəş şüaları altında gəzmək lazımdır.
Bu sadə qaydalara əməl etdikdən sonra hemoqlobinin səviyyəsi yüksəlməzsə, o zaman həkim qəbulunda olmaq, analiz vermək və müalicə götürmək lazımdır.
loading...