Qadın və Kişilərin Erkən Kovid Əlamətləri Bunlardır

loading...

Qadın və Kişilərin Erkən Kovid Əlamətləri Bunlardır

Aile.fenomen.az saytı məlumat verir ki,

Araşdırmalar zamanı müəyyən edilib ki, COVİD -19 əlamətləri hər yaş qruplarında fərqli olduğu kimi, cinslər arasında yayılması zamanı müəyyən fərqləri ola bilir.Koronavirusun bütün əlamətlərini bilməliyik ki, onun var olduğunu erkən vaxtında təyin edə bilək.
Bildiyimiz kimi koronavirusun müxtəlif əlamətləri mövcuddur.Bəzi insanlarda bu özünü yüngülvari soyuqdəymə kimi büruzə verir.Digərlərində isə qızdırma, diareya, dad və qoxunu itirmə və s. kimi əlamətlərlə özünü göstərir.Lakin bir sıra əlamətlər var ki, onlar koronavirusun əsas əlaməti kimi müəyyən edilib.
London kollecinin mütəxəssisləri belə müəyyən edib ki, koronavirus zamanı diareya əsasən 60 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir.Təngnəfəslik və yorğunluq kimi əlamətlər isə kişilərdə daha çox olur.Bu xəstəlik zamanı qadınların daha çox şikayət etdikləri isə süd vəzilərində olan ağrılar və öskürək olur.

loading...
Oxşar xəbərlər