Təbii və ziyansız AĞCAQANAD DƏRMANI

loading...

Təbii və ziyansız AĞCAQANAD DƏRMANI

Yayda əsas problemlərdən biri ağcaqanadlardır. Bu problemi həll etmək üçün biz adətən müxtəlif "ağcaqanad dərman"larından istifadə edirik.

Lakin bu "dərman"ların tərkibində olan kimyəvi maddələr  insan sağlamlığı üçün ziyanlıdır - sinir sisteminə mənfi təsir edir (xüsusilə bu uşaqlara aiddir), allergik reaksiyalara səbəb olur və s.

Sizə ağcaqanadlarla mübarizə aparmaq üçün bəzi ziyansız təbii vasitələri təqdim edirik.

Elmi eksperimentlər göstərib ki, reyhan və lavanda bitkilərinin qoxusu ağcaqanadları qovur. Ağcaqanadlardan qurtulmaq üçün bu bitkilərin efir yağlarından istifadə edin.

Həmçinin bu yağların qoxusu insanda stressi, depressiyanı azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxusuzluğu müalicə edir.

Aromalampaya 2-3 damcı lavanda və ya reyhan efir yağını damızdırın (eyni zamanda hər iki yağdan da istifadə edə bilərsiniz). Aromalampa olmadıqda, bir neçə damcı yağı pambığa damızdırıb otaqda saxlayın. Qoxu ağcaqanadları tez qovacaq və sağlamlığınıza nəinki ziyanlı təsir etməyəcək, əksinə müalicəvi təsir göstərəcək.


loading...
Oxşar xəbərlər