Yerkökü - Qadınlara Gözəllik Verir Yerkökünün Möcüzəvi Faydaları

loading...

Yerkökü - Qadınlara Gözəllik Verir Yerkökünün Möcüzəvi Faydaları

 

Aile.fenomen.az saytı sağlamlıq haqqında məlumatlar bölüşməyə davam edir.

 

Yerkökünün sonsuz faydalarının olması haqqında fikirləri yəqin ki, çoxlarınız duymusunuz.Lakin, gəlin qəbul edək ki, faydalarının əslində nə olmasını dəqiqliklə bilməyənlər də çoxdur.Bu haqqda məlumatı biz sizə verəcəyik.

 

İlk öncə bu tərəvəzin faydaları haqqında danışmaq lazım gəldikdə onu bildirək ki, yerkökü A vitaminin tapıldığı ən zəngin qaynaqdır.O dəri üçün çox faydalıdır.

 

Yerkökü – xərçəngin profilaktikasında çox təsirlidir.Ondan müxtəlif salatlar hazırlayıb yeyə bilərsiniz.

 

Yerkökünün göz sağlamlığı üçün çox faydalı olduğunu da bilirik.Bu tərəvəzdə gözlərin işığa olan həssaslığını artıran maddələr mövcuddur.

 

Yerkökü orqanizmimizdə olan ziyanlı xolesterinlərdən azad olmağa da yardım edir.Bu o deməkdir ki, kök yeyən insanların ürək - əzələ sistemi xəstəliklərinə yaxalanma şansı az olur.

 

Yerkökü qadınlara gözəllik verir.Onu bol şəkildə yeyən xanımların üz dərisi gözəl, gümrah olur, rəngi isə tam sağlam rəng şəklini alır.

 

Yerkökü saçlara da əvəzsiz faydalıdır.Bu tərəvəzdə saçları kökünü bərpa edən, onlara ipək parlaqlığı verən maddələr yerləşir.

loading...
Oxşar xəbərlər