Vaginada Qaşıntı ,Hamiləlik Dövründə Bunun Körpə Üçün Hər Hansı Ziyanı Varmı?

loading...

Vaginada Qaşıntı Hamiləlik Dövründə Bunun Körpə Üçün Hər Hansı Ziyanı Varmı?

Aile.fenomen.az saytı məlumat verir ki, 

Hamiləlik dövründə hormonların artması, sidik yolu infeksiyası, göbələk infeksiyası kimi müxtəlif səbəblərə görə bu problem yarana bilər.Onu da qeyd etmək lazımdır ki, vaginal qaşıntı hamiləlik əlaməti də ola bilər. 

Vaginada olan qaşıntının əsas səbəbləri 


Göbələk infeksiyası 

Hamiləlik zamanı vaginal qaşıntının əsas yaranma səbəblərindən biri göbələk infeksiyasıdır.Hamiləlik zamanı çanaq bölgəsində qan dövranı daha da sürətlənir.Bunun nəticəsində isə həmin bölgədə həssaslıq yaranır.Beləliklə də burada qoxulu axıntı, qaşıntı və göbələk infeksiyasının yaranma riski artır.

Diabet

Diabet xəstəliyi də vaginada qaşınmaya səbəb olur.Hamiləlik dövründə bu narahatlığa "hamiləlik şəkəri" də deyirlər.

Sidik yolu infeksiyası 

Sidik yolunda yığılan bakteriyalar vaginada qaşıntıya yol açır.Bu şikayət də hamilələr arasında olduqca sıx yayılmışdır.


Hormonal dəyişikliklər

Hamiləlik dövründə ən çox dəyişilən şey hormonlardır.Hormonal balans dəyişildiyi zaman isə dəri quruyur və vaginada da qaşınma yaranır.Məhz bu səbəbdən də vaginal qaşıntı hamiləlik əlaməti kimi də qiymətləndirilir.

 Cinsi yolla yoluxan xəstəliklər

Herpes, sifliz kimi cnsi yolla keçən bütün xəstəliklər vaginal qaşıntıya səbəb olur. 

Vaginal axıntı

Hamiləlik dövründə hormon səviyyələrində və ümumi orqanizmdə dəyişikliklər baş verir.Belə dəyişikliklərin nəticələrindən biri də uşaqlıq yolu divarının qalınlaşması olur.Bunun nəticəsində də vaginal axıntı yaxud da vaginal qaşıntı meydana gəlir.Hətta onu da qeyd etmək lazımdır ki, bəzi insanlarda bu halın hər ikisi də yaşana bilər.


Hamiləlik zamanı vaginal qaşıntı körpəyə hə hansı bir ziyan verə bilərmi?

Hamiləlik dövründə vaginal qaşıntının ana bətnində olan körpəyə ziyanı olub - olmadığını demək üçün qaşıntının yaranma səbəbini bilmək lazımdır. Çünki, qaşıntının yaranma səbəbləri müxtəlif ola bilər.Məsələn, bakteriya və infeksiya mənşəli qaşıntı körpə üçün ziyanlı hesab oluna bilər.Səbəbi isə odur ki, bu bakteriya və infeksiyalar körpəyə də keçə bilər. Ananın və körpənin sağlamlığından əmin olmaq üçün belə hallarla rastlaşan zaman mütləq həkim müayinəsində olmaq lazımdır.

 

loading...
Oxşar xəbərlər