Hamiləlikdə Toksikoz Nədir?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamiləliklə bağlı qadınlar güclü ürəkbulanmadan (toksikozdan ) əziyyət çəkirlər və bu onlara emosional təsir göstərir.
Bu hətta bəzən doğuşdan sonra da yarım ilə qədər davam edə bilir.
Səhərlər ürəkbulanma ilə müşahidə edilən toksikoz hamilələrin 70 % - ni narahat edir.
Bir qayda olaraq, hamilələrin əksəriyyəti bu problemdən 12 - ci həftədən sonra qurtula bilirlər.
Lakin, təəssüf ki, bu heç də bütün hamilələrə aid deyil.Bu dönəmdə xanımların bəzi qismi 9 ayın sonunadək ürəkbulanma, qusma halı yaşayırlar.Belə hal yaşayan qadınlar nə normal şəkildə yeyə, nə də içə bilmirlər.Statistikaya görə, hər 33 hamilədən biri belə bir problemlə üz - üzə qalır.
Belə güclü toksikozu olan hamilələrin orqanizmi get - gedə zəifləyir. Orqanizmin bu şəkildə zəif düşməsi həm ana, həm körpənin həyatı üçün çox təhlükəlidir.Bunun üçün belə hamilələr mütləq həkim nəzarəti altında qalmalı və lazımi müalicə almalıdırlar.
loading...