Narınginin (mandarinin) Faydaları və Hamilələrə Təsiri
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Körpənin normal inkişafı və ana namizədinin gündəlik ehtiyacı olduğu maddə və vitaminləri qarşılaması üçün xanımlar qida rasionlarına diqqətli yanaşmalıdırlar.Mandarin də hamilələr üçün əvəzedilməz qidadır.Mandarinin mövsümü əsasən aprel ayına kimi uzanır.Mandarinin tərkibində bol miqdarda karbohidrat, liflər,protein, A, B və C vitaminləri olduğu üçün çox faydalı hesab edilir və immun sistemini möhkəmləndirmək üçün əla məhsuldur.
Hamilələr üçün mandarinin faydaları nələrdir :
Yuxarıda da qeyd edilən kimi mandarin C vitamini ilə bol olduğu üçün hamilələri belə bir həssas dönəmdə xəstələnməkdən qoruyur.
Tərkibi dəmirlə zəngin olduğu üçün mandarin hamilələrdə qanazlığını əngəlləyir və qandakı hemoqlobini yüksəldir.
Kalorisiz və çox faydalı bir məhsul hesab edilir.100 qram mandarin 50 kkal - a bərabərdir, bu da o deməkdir ki, hamilələr çəkinmədən ara öyünlərdə bu meyvəni yeyə bilərlər.
Mandarinin tərkibində körpənin inkişafı və sağlam olması üçün əvəzolunmaz maddə sayılan fol turşusu vardır.Fol turşusu körpənin sinir sistemini, sümük inkişafını yaxşılaşdırma qabiliyyətinə malikdir.
Liflə zəngin olan mandarin hamilələrin ən çox şikayət etdikləri problem olan - qəbizliyin qarşısını almaq üçün ideal meyvədir.
Mandarin qısa şəkildə ifadə etsək, aşağıdakı problemləri həll edir :
Toksikoz
Avitaminoz
Anemiya
Həzm sistemi problemləri
Qəbizlik
Şişkinlik və qaz
Stress və depressiv hallar
loading...