Dırnaqları möhkəmləndirmək üçün 3 ÜSUL
Aile.fenomen.az saytı sağlamlıq mövzusunda maraqlı məlumatlar paylaşmağa davam edir.
Əgər sizin də dırnaqlarınız zəif, qırılmaya meyilli və həssasdırsa indi paylaşacağımız məlumat elə məhz sizin üçündür.Zəiflik, qırılma hər dırnaqda ola bilər. Lakin gözəl, baxımlı əllər hər bir qadının arzusudur.Xoşbəxtlikdən bu problemlərin həlli təbii vasitələrlə mümkündür.
Dırnaqları möhkəmləndirmək üçün təbii vasitə və üsullar
1. Zeytun və gənəgərçək yağı ilə dırnaqları vanna etmək
Ev şəraitində hazırlaya biləcəyiniz sadə və təbii reseptdir.Zeytun yağı dırnaqları möhkəmlədirmək və qidalandırmaq üçün çox təsirlidir.Onun gənəgərçək yağı ilə qarışması isə dırnaq üçün əsl vitamin kokteylini yaradır.
1 xörək qaşığı zeytun və gənəgərçək yağını qarışdırıb pambıq tampon vasitəsilə dırnaq və dəri nahiyənizə çəkin.Bu qarışımı 20 dəqiqə saxlayın, sonra isə sabunla yuyun.Əgər bu resepti həftədə 3 dəfə tətbiq etsəniz artıq ilk həftədən nəticəni görəcəksiniz, dırnaqlarınız gözəl və möhkəm olacaq.
2. Limon və badam yağı
Daha bir asan və hazırlanması xərc tələb etməyən vasitə.Badam yağını əczaxana yaxud da mağazalardan tapa bilərsiniz.Resepti hazırlamaq üçün yarım ədəd limonun şirəsi, 1 çay qaşığı şəkər və badam yağı lazımdır.
İlk öncə limon şirəsi və şəkəri qarışdırıb dırnaqlarınızı 10 dəqiqə bu qarışımda saxlayın.Sonra isə pambıq çöplərinin köməyilə hər dırnağınızın üzərinə badam yağı çəkin.Çox sadə, lakin təsirli metoddur.
3. Dırnaqları ağartmaq üçün vasitə
Bəzən dırnaqlarımız sarı, xoşagəlməz rəng alırlar.Dırnaqlarımızı ağartmaq üçün çox sadə vasitə var.Deməli, kiçik bir qaba su əlavə edin və 1\2 çay qaşığı ağ sirkə ətöküb dırnaqlarınızı bu qarışıma qoyun.
Həmçinin də bunun üçün pereksdən istifadə edə bilərsiniz.Pambıq çöplər vasitəsilə dırnaqlarınıza çəkin və saxlayın.