DADLI Lazanya RESEPTİ

loading...

DADLI Lazanya RESEPTİ

 

Aile.fenomen.az saytı məlumat verir ki,

 


Lazanya italyan mətbəxinin ən məşhur və dadlı yeməklərindəndir.Yeməyin hazırlanma qaydası olduqca asandır.


Yeməyi hazırlamaq üçün aşağıdakı məhsullar lazımdır :


mal əti (qiymə) – 500 qr.
hazır lazanya xəmirləri – 10 ədəd
holland pendiri – 500 qr.
pomidor yaxud tomat pastası


südlü sous:


 kərə yağı – 50 qr.
zeytun yağı – 2 x.q.
un – 2 x.q.
süd – 5ooml.


İlk olaraq sousu hazırlamaq lazımdır.Tavada kərə yağını və zeytun yağını əridib üzərinə unu əlavə etmək lazımdır.Bir qədər qovurub üzərinə süd əlavə olunur.Ocağın altını bir qədər alıb yavaş - yavaş qarışdırmaq lazımdır.Xamayabənzər kütlə alındıqdan sonra kənara qoymaq lazımdır.Sous hazırdır.


Daha sonra çəkilmiş əti yağda qovurmaq lazımdır.Ət qovrulduqdan sonra üzərinə ya pomidor ya da tomat sousu, duz və istiot əlavə edib kənara qoyun.


Soba listini götürüb içərisinə südlü sousdan çəkib üzərinə hazır lazanya xəmirlərini düzmək lazımdır.Daha sonra üzərinə ət, südlü sous cəkib ikinci qatı təkrar etmək lazımdır.Ən sonda isə üzərini holland pendiri ilə bağlayıb 180 dərəcədə qızdırlımış sobada 30 dəqiqə müddətində bişirmək lazımdır.


NUŞ OLSUN!

loading...
Oxşar xəbərlər