Ən Dadlı Özbək Aşı Resepti
loading...
Ən Dadlı Özbək Aşı Resepti
Aile.fenomen.az saytı məlumat verir ki,
Özbək aşı yalnız özbəklərin deyil, eləcə də digər ölkərin müxtəlif millətləri tərəfindən çox sevilən və bişirilən aş növüdür.Bu məlumatda sizə çox dadlı özbək aşı reseptini təqdim edəcəyik.
Lazım olan məhsullar :
400 qr ət
4 ədəd soğan
3 ədəd yerkökü
4 st düyü
4 diş sarımsaq
Duru yağ
Duz, istiot, sarıkök
Hazırlanma qaydası :
İlk növbədə ət uzunsov yaxud kub şəklində doğranılır.Soğanlar, sarımsaq və yerkökü də uzun formada doğranılır.Tavaya yağ əlavə etdikdən sonra soğanlar yağda bir qədər qovrulur.Soğan bir qədər qızardıqdan sonra yerkökü və sarımsaq əlavə edilir və onlar da qızardılır.Lakin, tərəvəzləri çox qızartmadan əti də əlavə edib yaxşı qızardıb bişirin.Ədviyyatlardan bir qədər əlavə edin.Ət də qızardıqdan sonra düyünü də töküb bir az qızardıb qarışdırın və sonda isti qaynar suyu əlavə edin və qapağını bağlayıb ocağın altını bir qədər azaldın.Bu aşı digərlərindən fərqləndirən xüsusiyyətlərindən biri də duru yağda ( bol miqdarda ) hazırlanmasıdır.
Nuş olsun!
loading...