Soyuq Havaların Əvəzolunmaz Yeməyi - BORŞ RESEPTİ
Aile.fenomen.az saytı məlumat verir ki,
Borş rus mətbəxinə aid olan ən məşhur və dadlı sulu yeməklərdən biridir.Dadlı olması ilə yanaşı tərkibində bol miqdarda tərəvəz olduğu üçün eyni zamanda vitaminli yemək də hesab olunur.Beləliklə, borşun asan və rahat üsulla hazırlanma qaydasını da sizinlə paylaşırıq.
Lazım olan məhsullar :
mal əti - 1 kq
soğan - 1 ədəd
kartof - 3 ədəd
yerkökü - 2 ədəd
çuğundur - 1 ədəd
kələm - kiçik boy
tomat pastası - 1 xörək qaşığı
dəfnə yarpağı - 3 - 4 yarpaq
kərə yağı - 50qr
duz, istiot - zövqə görə
cəfəri
Hazırlanma qaydası :
İlk öncə ət qaynadılır və bişirilir.Bişmiş ət kənara qoyulur və bulyonu süzülüb böyük qazana əlavə olunur.Kələm xırda şəkildə doğranılır və yuyulur.Ətin suyu olan qazan ocağın üzərinə qoyulur və qaynadığı zaman kələm içərisinə əlavə edilir.Yuxarıda adı çəkilən bütün tərəvəzlər təmizlənilir və yuyulur.Kartof kub şəklində doğranılır və kələm bir qədər yumşaldıqdan sonra qazana əlavə olunur.Daha sonra əti də kələmlə kartofun üzərinə tökün, içərisinə bir qədər duz da əlavə edib kiçik ocaqda qaynatmağa davam edin.Kənarda bir tavaya yağ əlavə edilir və əriyəndən sonra soğan əlavə edilib qızarılır.Soğan qızardıqdan sonra üzərinə sürtkəcdən keçirilmiş yerkökünü və çuğunduru da əlavə edib bir qədər bişirin.Qaynayan qazanda olan kələm, kartof və ət bişdikdən sonra tavada hazırlanmış qarışımı da qazana əlavə edib qarışdırın.Dəfnə yarpaqlarını yuyub qazana əlavə edin.Duz, istiotunu da zövqə görə əlavə edib, sonda kiçik doğranmış cəfərini də qazana əlavə edib qarışdırın və 2 dəqiqə daha qaynadın.
Borş isti şəkildə və zövqə görə xama ilə süfrəyə verilə bilər.
NUŞ OLSUN!