loading...
loading...

Çox Sadə və Ən Dadlı Lavaş Bükməsi

loading...

Cox Sade ve En Dadi Lavas Bukmesi

Çox Sadə və Ən Dadlı Lavaş Bükməsi


Lavaşdan hazırlanan yeməklər və qəlyanaltılar olduqca müxtəlif və dadlıdırlar.İndi paylaşacağımız resept isə xüsusilə səhər yeməklərinim vazkeçilməz təamı olacaq.Hazırlanma prosesi isə olduqca asan və tez başagələndir.

Lazım olan ərzaqlar ( ərzaqlar ailədə olan nəfərə görə dəyişir ) :

lavaş ( kiçik ölçülü olması daha əlverişlidir )

sosis

holland pendiri

mayonez ( olmasa da olar )


yumurta və duru yağ ( qızartmaq üçün )


Hazırlanma qaydası :

İlk öncə lavaş açılır.İstəyə görə üzərinə mayonez çəkilir.1 ədəd sosisi uzununa ortadan bölüb yanaşı lavaşın aşağı hissəsinə qoyun və üzərinə 1 dilim pendir kəsib adi qaydada bükün.Bütün lavaşları bu qaydada hazır edib kənara qoyun.Yumurtanı çalın və bükmələrdən bir bir yumurtaya salaraq qızmış yağda orta ocaqda ikitərəfli qızardın.
Süfrəyə həm isti, həm də soyuq qəlyanamtı kimi təqdim edə bilərsiniz.

Nuş Olsun!

loading...
Oxşar xəbərlər