ÇOX DADLI Qiyməli Börək Resepti
loading...
Aile.fenomen.az saytı məlumat verir ki ,
Bildiyimiz kimi börək türk mətbəxinə qaid olan təam növüdür.Lakin, bu dadlı yemək biz azərbaycanlılar tərəfindən də kifayət qədər çox bişirilir və sevilir.Börəyin növləri və hazırlanma qaydası olduqca çoxdur və müxtəlifdir.
Məlumatımızda qiyməli börəyin hazırlanma qaydasını sizlərlə paylaşacağıq
Lazım olan məhsullar :
Lavas - 10 ədəd
Qiymə - 400 qr.
Soğan - 1 baş
Duz, istiot
Duru yağ
Sous üçün:
Qatıq və ya süd - 1 stəkan
Yumurta - 3 ədəd
Duru yağ - 3 - 4xörək qaşığı
Hazırlanma qaydası :
Adi qaydada ət qiyməsini hazırlayın.Belə ki, tavaya yağ əlavə edib qiyməni tavaya töküb bir qədər bişirin.Sonra soğanı doğrayıb ətə əlavə edin.Qiymə hazır olduqdan sonra duz istiot əlavə edib kənara qoyun.Sonra isə lavaşlırların arasına və sonda üzərinə əlavə etmək üçün sous hazırlamaq lazımdır. Qatıq ( süd), yumurta, duru yağ və bir az duz əlavə edib yaxşıca qarışdırın. Soba listini götürün və dibini bitki yağı ilə yağlayın. Lavaşlardan birini götürün, üzərinə hazırlanan sousdan hər tərəfinə çəkin.Sonra lavaşın ən ortasına qiymə qoyub uzunsov formada bükün.Bütün lavaşları bu qaydada hazırlayıb dairəvi formada bir- birinin arxasıyca düzü.Sonda isə qalan sousdan üzərinə çəkin və əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya göndərin. Üstü qızaranadək bişirin.
Nuş olsun!
loading...