Yeni İldə Həyatımızı Yaxşıya Doğru Dəyişmək üçün 15 MƏSLƏHƏT
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Həyatımıza qədəm qoyan və hər səhər göz açdığımız yeni gün, yeni ümidlər, yeni fikirlər, həmçinin, həm özümüzü, həm də həyatımızı istədiyimiz istiqamətə yönəltmək üçün yeni şans deməkdir.Bu sadalananlara çatmaq o qədər də asan və tez başa gələn olmadığını bilirik, lakin yeni gün hərəkətə keçmək və qoyulan məqsədə bir addım daha yaxın olmaq üçün imkan yaradır.
Xüsusilə də biz bütün bunları yeni il ərəfələri etmək istəyiriksə, insan daxilən istər – istəməz hətta uşaq kimi möcüzələrə də inanmağa başlayır.
Gəlin yeni ildə həyatımızı ən yaxşı tərəfə yönəltmək üçün əlimizdən gələni etməyə başalayaq.Beləliklə, bu istiqamətdə biz də mütəxəssis məsləhətlərini sizinlə bölüşməklə sizə müəyyən qədər yardım etmiş olacağıq.
1. Heç bir zaman özünüzə inam və güvəninizi itirməyin.Öz ürək səslərinizi dinləməyi bacarın və intuisiyalarınızın ardınca gedin.
2. Ətrafınızı sizə maraqlı olan və onlardan nə isə yeni, faydalı nə isə öyrənə biləcəyiniz şəxslərlə zənginləşdirin.
3. Bacardığınız qədər çox mütaliə edin.Hətta belə deyək, əlinizə nə keçsə oxuyun.Kitablar ən dəyərli cisimlərdən ən dəyərlisidir unutmayın.
4. Sevdiyiniz işi axtarın tapın və onunla məşğul olun.
5. Bütün kin, qəzəb, nifrət, inciklik və əsəblərinizi unudun.Hər vəziyyətdə hər bir şeydə ancaq ən yaxşı tərəfləri görməyə çalışın.
6. Bacarın ki, yalnız bu gün ilə yaşayasınız.Nə keçmişdə ilişib qalın, nə də çox gələcək haqqında düşünməyin.
7. Tam şəkildə yatın və yuxunuzu alın.Ən azı 7 – 8 saat yatmalısınız.
8. Əgər pis hiss edirsinizsə, ümidsizlik və çarəsizliyə qapılmayın.Şükür edin və sizdən daha pis halda olanları düşünüb, onlara yardım etməyə çalışın.
9. İnternetdən biliklərinizi artırmaq və inkişaf etdirmək məqsədilə istifadə edin.Sosial şəbəkə və proqramlarda boş – boş vaxt itirməyin.Zaman biz sandığımızdan da çox dəyərlidir.
10. Əvvəllər etməyə cürət etmədiyiniz bir şeyi edin.Yeni hisslər və emosiyalar hiss edin.
11. Qarşınıza doğru və faydalı məqsəd qoyun və ona doğru hərəkət etməyə başlayın.
12. Öz bilik, bacarıq və təcrübənizlə ətrafdakılarla da bölüşməkdən çəkinməyin.
13. Öz görünüşünüzə hər daim olaraq diqqət edin.Hər zaman gözəl, cazibəli və özünüzə xas stilinizin olmasına çalışın.
14. İstirahət edərkən düzgün yerlər seçin.Sakit, təbiət, dəniz kimi rahatladıcı yerlər seçməyə çalışın.
15. Mərhəmətli və şəfqətli olun.Hər zaman yaxşılıq etməyə calışın.Minnətdar olmağı və şükür etməyi bacarın.