Həyatınızı Yaxşılığa doğru dəyişəcək 15 Məsləhət
Aile.fenomen.az saytı psixoloji sahəyə aid kiçik məsləhətlər bölüşməyə davam edir.
Göründüyü kimi, artıq yeni il gəlir və bu o deməkdir ki, həyatımızı yenidən başlamaq və yeni planlar haqqında planlar qurmaq vaxtıdır.
Bu günkü məlumatımızda çalışacağıq ki, faydalı məsləhətlər mövzusunda sizlərə yardımçı olmağa çalışaq.
1) Mütəmadi şəkildə idmanla məşğul olun.Bədəninizi hər zaman və hər yaş dövründə formada saxlamağa çalışın.
2) Hər iş gününüzü planlaşdırın.Belə olan təqdirdə, siz həm iş, həm digər yönümlərdə daha məhsuldar və daha effektiv olacaqsınız.
3) Məşğul olduğunuz iş üzrə daha təhsilli və savadlı olmaq üçün bütün səylərinizi sərf edin.
4) Ümumi uğurları bol olan və hər zaman öz həyatında uğuru yaxalamağı bacaran insanların tərcümeyi – halları ilə maraqlanın və bu haqda məlumatlar oxuyun.
5) Çalışın ki, zövq ala bildiyiniz işlə məşğul olun.
6) Gecələr yeməyin.Əgər aclıq hiss edirsinizsə, ilıq su ilə bal, yaxud da kefir için.
7) Oturaq həyat tərzindən uzaq durun.Maksimum dərəcədə hərəkətli olmağa üstünlük verin.
8) Həyatda hər nə qədər mənfi hadisələrlə üzləşsəniz də, yalnız müsbət istiqamətdə düşünün.Həyata pozitiv baxın.
9) Nifrət, qəzəb, əsəb və kindən maksimum uzaq durun.Bütün sadalanan hiss və duyğular yalnız mənfi emosiyaları yaradır və insanı uçuruma aparır.
10 ) Qarşınızdakı insanı hər zaman dinləməyi və bağışlamağı bacarın.
11) Valideynlərinizi hər zaman sevin və qeydlərinə qalın.
12) Heç kimsəyə bənzəməyə çalışmayın.Həmişə xatirinizdə saxlayın ki, siz özünüz ayrı fərdi şəxsiyyətsiniz və öz seçimləriniz, ona uyğun yolunuz var.
13) Qəlbinizdə olan uca Allah sevgisini heç vaxt unutmayın.
14) Əlinizdən gəldiyi qədər xeyir iş edin və bir – birinizə mərhəmət, şəfqət göstərin.
15 ) Zamanınızın qədrini bilin.Hər şeyi vaxtında edin.Çünki, sonra edə bilməyəcəyiniz şeylər üçün peşman ola bilərsiniz.Lakin peşmanlıq zamanı artıq o heç bir fayda verməyəcək.