loading...
loading...

“30 Dəqiqə Teoriyası” NƏDİR? Qoyduğumuz məqsədlərə çatmaq daha rahat olacaq!

loading...

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.


Qərarlı və cəsur olmasanız, təhsil, istedad və bacarıq axı nəyə lazımdır?!Əgər inadkarlıq və qərarlılıq hissi olmazsa, biz həyatımıza bədbəxt, uğursuz şəxs ki i davam edərik və sona kimi də fərqli heç bir şey baş verməyəcək.Bütün problemlər bu deviz altında həll olunmalıdır – " Qorxma, təslim olma!Qalibiyyət sənindir!”.


"30 dəqiqə teoriyası” nədir?Gəlin, buna aydınlıq gətirməyə çalışaq.


Əvvəla məqsəd və istəkləriniz haqqında düşünün.Sonra isə gündəlik hər məqsədiniz üçün yarım saatınızı ayırın və bu haqda düşünün.


Məsələn, hər hansı bir çətin və qalın bir kitab oxumaq fikrindəsiniz.Hər gün unutmayaraq, bu kitabın üzərində ən azı yarım saat işləyin və onu oxuyun.Belə etsəniz, il ərzində orta hesabla 25 kitab oxumaq şansı qazana bilərsiniz.Çox insan düşünər ki, mən bu qədər kitabı heç ömrümün sonuna kimi də oxuya bilmərəm, lakin məsləhətimizə qulaq assanız bunu bacara bilərsiniz.Bu kitab misalı sadəcə misal üçün deyilən bir fikirdir.Nəinki kitab, belə etsəniz qarşınıza qoyduğunuz bütün məqsədlərinizə çatmaq heç də çətin olmayacaq.


"30 dəqiqə teoriyası” karyera və maddiyyat sahənizdə də uğur əldə etməyinizə yardım edəcək.Məsələn, vaxtınızı ayırıb hər hansı bir xarici dil, proqram və s. Öyrənib siz həm təcrübənizi, həm də yaxşı mütəxəssis olub əməkhaqqınızı artıra bilərsiniz.


Bu teoriyaya əməl edib hər gün ərzində 30 dəqiqənizi məqsədləriniz üçün ayırsanız, inanın ki, artıq bir neçə həftə sonra həyatınızda irəliləyiş və dirçəlməhiss edəcəksiniz.


loading...
Oxşar xəbərlər