Onkoloqlar Yeyilməməli Qidalar Siyahısını Açıqladı
Aile.fenomen.az saytı məlumat verir ki,
Xərçəng - ən mürəkkəb xəstəlik hesab olunur.Xəstəliyin yaranma səbəblərinə irsi faktorlar, siqaret və tütünlü maddələrdən istifadə, düzgün olmayan qidalanma və s. aid olunur.Qidalanmanın necə önəmli olduğunu araşdırmağa çalışaq.
Aşağıdakı qidaları onkoloqlar qəti şəkildə qəbul etməməyi məsləhət görürlər :
Rafinəedilmiş şəkər və şəkərəvəzediciləri
Rafinəedilmiş şəkər orqanizm üçün yalnız insulinin səviyyəsini artırdığı üçün deyil, həm də bu qida xərçəng hüceyrələrinin inkişafı üçün müsbət təsir etdiyi üçün ziyanlı hesab olunur.Bu qənaətə Otto Varburq 1931 - ci ildə gələrək bildirmişdir ki, şişlər şəkərlə qidalanır.
Çalışın ki, şəkər və süni şəkərləri qida rasionunuzdan çıxarasınız.Çalışın ki, şəkəri bal, palma şəkəri yaxud da ağcaqayın siropu ilə əvəz edəsiniz.
Yenidənhazırlanmış ət
Bekon, kolbasa və sosis kimi ət məmulatları bunlara aid edilir.Harvard universitetində aparılmış tədqiqatın nəticələrinə görə bu cür qida məhsulları mədəaltı vəz xərçəngi riskini 67 % - ə kimi yüksəldir.
Süni yetişdirilmiş balıq
Müasir balıqçılıq kommersiyası dar və kiçik şərtlərdə çox şəkildə balıq sayının yetişdirilməsinə şərait yaradır.Belə bir şəraitdə yetişən balıqlar isə müxtəlif bakteriya və viruslara yoluxma şansı daha çox olur.Bu səbəbdən də belə balıqlara çox zaman pestiçid yaxud da antibyotiklər vururlar.Bu səbəblərdən də ən məsləhətlisi budur ki, balıq almaq istəyərkən seçiminizi " vəhşi balıqların " üzərində saxlayasınız.
Marinadlaşdırılmış və hisəverilmiş məhsullar
Marinə olunmuş məhsulların tərkibində nitratlar vardır ki, onun heabına belə məhsulların saxlanma müddətini uzadır.Təəssüflər olsun ki, belə zəhərli yığıntılar orqanizmdə yığılır qalır ki, nəticədə mənşəyi müxtəlif olan xəstəliklər baş qaldırmağa başlayır.