Hamiləlik Dövründə Yağlı Balıq Yemək Körpənizdə Bu Bacarığı İnkişaf Etdirəcək
Aile.fenomen.az saytı məlumat verir ki,
İsveçli alimlər bildirirlər ki, hamiləlik dövründə yağlı balıq yeyən anaların körpələrində yüksək nitq bacarığı inkişaf edir.
Adətən həkimlərin əksəriyyəti ana olmağa hazırlaşan qadınlara tərkibindəkı maddələrin dölün beyin inkişafına mənfi təsir edəcəyini bildirərək tövsiyə edirlər ki, yağlı balıqdan uzaq dursunlar.Lakin, Oslodakı Norveç institutunun mütəxəssisləri 39000 ana və körpə arasında apardığı araşdırmalar zamanı məlum olub ki, hamiləlik zamanı dəniz məhsullarından istifadə etmək körpə üçün yalnız faydalı ola bilər.Əldə olunan nəticələrə görə, həftə boyunca 400 qr yağlı balıq yeyən anaların körpələrinin nitq və ünsiyyət bacarıqları digərləri ilə müqayisədə xeyli üstün və inkişaf etmiş olmuşdur.
Lakin, bu məhsulun da qəbul miqdarının həddini də aşmaq olmaz.Yaxşı olar ki, hamilə qadın həkimi ilə məsləhətləşsin və fərdi olaraq onun üçün bu məhsulun qədəri deyilsin.
Mütəxəssislər məsləhət edirlər ki, yaxşı olar ki, hamilələr qılınc balıq, akula və marlin kimi balıqlardan birmənalı şəkildə uzaq dursunlar.