YOD Çatışmazlığı NƏDİR ? Tərkibində YOD Olan MƏHSULLAR
Aile.fenomen.az saytı məlumat verir ki,
İnsanların əksəriyyəti düşünür ki, orqanizmlərini A, B, E, C vitaminləri ilə zənginləşdirməkləri kifayətdir ki, onlar tam sağlam olsunlar.Lakin, belə hallarda vitaminlərdən heç də az əhəmiyyətə malik olmayan mikroelementləri də unutmaq olmaz.Bu kateqoriyaya həm də yodu əlavə etmək olar.
Yod nədir və faydası nələrdir ?
Yod mikroelement hesab olunur və onsuz demək olar ki, bir çox proseslərin düzgün funksiyaedilməsi baş verə bilməz.İnsalarda və heyvanlarda yod qalxanvari vəzi köməyilə tireoid hormonlarının tərkibində əmələ gəlir.
Yod ən çox dəniz məhsullarının tərkibində vardır.O həmçinin dəniz suyunun tərkibində, havada və dəniz kənarı mühitdə vardır.
Müstəqil şəkildə yod əldə etməklə yanaşı, insanlar onu qida və hava ilə də ala bilirlər.O, ölçü proseslərini, maddələr mübadiləsini, hüceyrələrin quruluşunu, hormonların tərkibini nəzarətdə saxlayan qalxanvari vəzidə toplanır.
Təbiətdə və orqanizmdə belə yayılmasına baxmayaraq, yod çatışmazlığından 2 milyarda qədər insan əziyyət çəkir.Bir regioda praktiki olaraq yod çatışmazlığı problemi yox səviyyədə olmasına baxmayaraq, digər bir regionda insanlar ciddi şəkildə bu çatışmazlıqdan əziyyət çəkirlər.
Yodun insan orqanizmində rolu :
- ürək çatışmazlığı problemlərini korretə edir ;
- qadınlarda pataloji hamiləlik müddətinin inkişaf riskini azaldır ;
- maddələr mübadiləsinin düzgün gedişatını tənzimləyir ;
- sümük və yumşaq hüceyrələrin normal inkişafını tənzimləyir ;
- mərkəzi sinir sisteminin işini normallaşdırır ;
- ziyanlı xolesterinin miqdarını azaldır.
İndi isə tərkibində yod olan məhsullar siyahısını sizə təqdim edirik :
morina balığının ciyəri, dəniz kələmi, kalmar, qızıl balıq, bişirilmiş krevet, duzlu siyənək balığı, dəniz ilbizi, som balığı, ton balığı, toyuq yumurtası, şampinyon göbələyi, qatılaşdırılmış süd, turp, toyuq əti, ağ çörək.
Yod çatışmazlığı probleminin əsas əlamətləri bunlardır :
- tez yorulmaq ;
- xroniki yorğunluq hissi ;
- baş ağrıları ;
- yaddaş zəifliyi ;
- qıcıqlanma .
Yod çatışmazlığı diaqnozunu tam qoya bilmək üçün qalxanvari vəzini USM etmək, qalxanvari vəzi hormonlarının yoxlanması üçün qan analizi vermək və sidik analizi vermək lazımdır.