Hamiləliyin Erkən Dövründə Düşük Təhlükəsini BİLMƏK OLAR !

loading...

Hamiləliyin Erkən Dövründə Düşük Təhlükəsini BİLMƏK OLAR !

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Heydelberq universitetinin mütəxəssisləri bildirir ki, hamiləlik dövründə düşük təhlükəsi riskinin olub - olmadığını artıq bu dövrün 4 - cü həftəsində bilmək mümkündür.


Bunun üçün hamilə qadının qanında periostin zülalının səviyyəsini ölçmək lazımdır.Periostin embrionun implantasiyasında və erkən embrional inkişafda mühüm və demək olar ki, əsas açar rolunu oynayır.Bu zülalın yüksək səviyyədə olması iltihabın olmasından xəbər verir.


Bunu sübut etmək üçün mütəxəssislər 18 - 42 yaş dövrü arası 41 qadını bütün analizlərdən keçiriblər.
İştirakçı xanımların heç bir xəstəlikləri və ya başqa bir ağırlaşmaları baş verməyib.Alimlər hamiləlik testindən  və təxminən 10 gün sonra ilk USM - dən sonra qadınlardan qan zərdabları götürüblər.


Nəticələr isə belədir : körpəsini itirən xanımların qanında periostinin miqdarı 4 - 6 - cı həftədə daha yüksək olmuşdur.Bu eksperimnetlərdən sonra isə mütəxəssislər belə bir qənaətə gəliblər ki, periostin hamilələrdə düşük təhlükəsinin biomarkeridir.

 


loading...
Oxşar xəbərlər